Modern.az

Müdafiə Nazirliyi əsgərin ölümünə aydınlıq gətirdi - AÇIQLAMA

Müdafiə Nazirliyi əsgərin ölümünə aydınlıq gətirdi - AÇIQLAMA

Ölkə

7 Avqust 2012, 20:25

Mudafiə Nazirliyi və Respublika Hərbi Prokurorlugu Naxcıvandakı N saylı hərbi hissənin muddətli həqiqi hərbi xidmətdə olan əsgəri Bəyov Teyfur Hacəkərim oglunun ölümü ilə əlaqədar birgə məlumat yayıb.
Bu qurumlardan Modern.az-a daxil olan məlumatda bildirilib ki,
əsgər T.Bəyov 6 avqust 2012-ci il tarixdə saat 12 radələrində hərbi hissənin tibb məntəqəsinə muraciət edib, ona "kəskin respirator" xəstəlik dioqnozu qoyularaq, hərarətsalıcı dərmanlar verilib və hərarəti aşağı düsdükdən sonra nahar yeməyinə gedib.

”Nahar yeməyindən sonra o, yenidən tibb məntəqəsinə muraciət etmiş və həmin gün saat 16 radələrində hospitala təxliyyə olunmusdur. 
Hərbi hospitalda ona "hemorragik vaskulit qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüz çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ  ciyər və ürək çatışmazlığı" dəri forması, kəskin böyrək  çatışmazlığı, kəskin tənəffüs çatısmazlığı III dərəcə" dioqnozu qoyularaq, reanimasiya bölməsinə stasionar müalicəyə yerləsdirilmişdir.
Lakin mualicə tədbirləri müsbət nəticə verməyərək, saat 22 radələrində T.Bəyov hospitalda vəfat etmisdir.  T.Bəyovun meyitinin daha ixtisaslı müayinəsinin keçirilməsi məqsədilə onun meyiti Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə gətirilmiş  və orada prokurorluq əməkdaşlarının iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilmisdir. Müayinə zamanı meyitin bədən səthində travma mənşəli hər hansı xəsarət və ya xəsarət izi askar edilməmişdir. Ekspertlərin ilkin qənaətinə görə, T.Bəyovun ölümünə səbəb "hemorragik vaskulit, qarışıq (dəri və böyrək) forma, ildırımsürətli gediş ekimoz səpkili dəri səpkiləri, kəskin böyrək və III dərəcəli kəskin tənəffüz çatışmazlığı ilə fəsadlaşma, kəskin ağ ciyər və ürək çatışmazlığı” olmuşdur.
T.Bəyovun xəstəlikdən ölməsi faktı ilə bağlı Naxçıvan MR Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM 342.2 maddəsi ilə (qulluğa səhlənkar yanaşma) cinayət işi baslanmış və hal-hazərda iş üzrə zəruri istintaq işlərinin icrası davam etdirilir”.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı