Modern.az

Azərbaycan güləşçisi Olimpiadada gümüş medal qazandı

Azərbaycan güləşçisi Olimpiadada gümüş medal qazandı

Ölkə

8 Avqust 2012, 23:18

Bu gün London Olimpiadasında qadın güləşçimiz Mariya Stadnik döşək üzərinə çıxıb. 48 kq çəki dərəcəsində mübarizə aparan Pekin olimpiadasının bürünc medalçısı mübarizəyə 1/8 finaldan qoşulub.
O, Klarissa Çunla (ABŞ) görüşüb. Təmsilçimiz ilk görüşünü 2:0, 3:0 hesablarıyla qalib başa vurub.

Mariya Stadnik 1/4 finalda polşalı Nina İvona Matkovskanı məğlubiyyətə uğradıb. Stadnik ilk hissədə 2:0, sonra isə 4:1 hesabı ilə qalib gəlib.
Yarımfinalda təmsilçimizin rəqibi ukraynalı İrina Merleni olub.  Mariya bu rəqibini də məğlub edib (1:0, 2:0) və adını finala yazdırıb.
Həlledici görüşdəki rəqib isə yaponiyalı Hitomi Obara olub. Təəssüf ki. Azərbaycan güləşçisi finalda uduzaraq gümüş medala layiq görülüb.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri