Modern.az

Türkiyəyə qızıl medal qazandıran olimpiyaçı azərbaycanlı çıxdı - Eksklüziv

Türkiyəyə qızıl medal qazandıran olimpiyaçı azərbaycanlı çıxdı - Eksklüziv

Ölkə

10 Avqust 2012, 16:41



Londonda keçirilən Olimpiya Oyunlarında taekvando üzrə yarışlarda finalda iranlı rəqibini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxan Türkiyə idmançısı Sərvət Təzəgül Azərbaycan türküdür.

Bu haqda Modern.az saytına İzmir Azərbaycanlıları Dərnəyinin rəhbəri Camal Mehmetxanoğlu məlumat verib.

C.Mehmetxanoğlunun sözlərinə görə Sərvət Təzəgül 26 sentyabr 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğulub. Taekvando üzrə Olimpiya çempionu və Avropa çempionu, Türk milli tekvandocudur:

“Qarsın Akyaka mahalından köçən Azərbaycan Türklərinin bir boyu olan Qarapapaq Türklərinə mənsub bir ailənin övladıdır. 2011-ci ildə  68 kq-da Dünya çempionu olub. Ayrıca turnirin ən qiymətli idmançısı seçilmişdi”. 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı