Modern.az

Zəlzələ Füzulinin Horadiz şəhərində evləri uçurub - Fəlakət

Zəlzələ Füzulinin Horadiz şəhərində evləri uçurub - Fəlakət

Ölkə

12 Avqust 2012, 17:56

Şəhər sakini: “Evimiz dağılıb, hər şeyimiz uçqun altında qalıb, kömək istəyirik”

İranda baş verən zəlzələnin təsiri olaraq Azərbaycan Respublikasının da bir sıra  rayonlarında dünən  4.5-2 bal gücündə yeraltı təkanlar hisss olunub.

Dünənki zəlzələnin gücünün hiss olunduğu rayonlardan biri də Füzulidir. Modern.az saytına verilən məlumata görə, rayonunun Horadiz şəhərində bir neçə yaşayış evi qəzalı vəziyyətə düşərək, tamamilə yararsız vəziyyətə düşüb. Horadiz sakini Əliyev Zəka Zəkəri oğlu əməkdaşımıza bildirib ki, zəlzələdən sonra şəhərdədə sakinlərə ciddi ziyan dəyib. Bəzi evlər uçub, bəziləri isə qəzalı vəziyyətə düşüb.

 “Dünənki  zəlzələ nəticəsində bizim yaşadığımız  məhəllədə bir neçə ev uçub. Bizim  evimiz də tamamilə yararsız vəziyyətə düşüb. Yaşamaq mümkün deyil. Bu gün səhərdən zəng eləmədəyimiz yer qalmayıb, hara müraciət edirik, deyirlər “bizlik deyil”. Şəhərdə ən çox ziyan bizə dəyib. İndi evsiz-eşiksiz qalmışıq, bilmirik neyləyək. Ailəmizin bütün ev əşyaları, hər şeyimiz uçqun altında qalıb. Dünən də, bu gün də Füzuli rayon İcra Hakimiyyətinə, icra başçısının birinci müavininə müraciət etmişik, deyiblər ki, “narahat olmayın gəlib baxacağıq”. Hələki nə gəlib baxan var, nə də maraqlanan. Çarəsiz qalmışıq, bilmirik harda qalaq. Şəhər  icra nümayəndəsinə də dəfələrlə demişik ki, bizə kömək eləsinlər, heç olmasa qalmağa bir yer verilsin. Deyirlər ki, “yuxarıdan gəlib baxsınlar, biz kimik ki, onlar qərar verəcəklər”. İndi biz kimə müraciət edək, kimdən kömək istəyək?”, -deyə Z.Əliyev vurğulayıb.

Z.Əliyev deyib ki, hazırda Horadiz şəhərdə evləri qəzalı vəziyyətə düşən sakinlər təşviş içindədirlər. Hamı bir yerə toplaşaraq kömək gözləyir. Hələlik hadisə ilə bağlı rəsmi qurumlardan əraziyə gələn olmayıb.

Qeyd edək ki, dünən saat 17:25 radələrində Azərbaycanın bir sıra rayonlarında zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin episentri İran ərazisi olub. İranda baş verən zəlzələnin təsiri olaraq Azərbaycan Respublikasının da bir sıra  rayonlarında 4.5-2 bal gücündə yeraltı təkanlar hisss olunub.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı