Modern.az

“Estafet” rubrikası - Vaqif Bayatlının Əsəd Qaraqaplana sualı var - Maraqlı

“Estafet” rubrikası - Vaqif Bayatlının Əsəd Qaraqaplana sualı var - Maraqlı

Ölkə

14 Avqust 2012, 12:27


Modern.az-
da “Estafet” rubrikasının səkkizinci qonağı tanınmış şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Vaqif Bayatlıdır.

Xatırladaq ki, rubrikanın bundan öncə qonağı olmuş Seyran Səxavət Vaqif Bayatlıya bu sualları ünvanlamışdı:

– Yay Vaqif Bayatlı üçün fəsildir, yoxsa nəticədir. Əgər fəsildirsə, niyə fəsildir, nəticədirsə bunu necə sübut edə bilər?

- Ümumiyyətlə, Vaqif Bayatlı sən hardan gəlmisən və hardan gəldin? Söhbət onun Qarabağlı olmasından getmir, bu adam hardan gəldi?

Vaqif Bayatlı Modern.az vasitəsilə Seyran Səxavətə cavab verdi:

– Ümumiyyətlə, mən zamansızlığın adamıyam və yay fəslidə əbədiyyətin, zamanın bir hissəsidir. Mən bunu dərin mənada izah edə bilməyəcəyəm. Amma onu deyə bilərəm ki, zaman deyilən bir anlayışın mən nə olduğunu başa düşmürəm, hətta bütün şerlərimdə də, müsahibələrimdə də bunları dəfələrlə vurğulamışam. Mənim təfəkkürümdə əsas zamansızlıqdır.

– Mən ruh adamıyam. Qarabağ da mənim kiçicik bir anımdır. Harda türk yaşayırsa, türk dilində danışırlarsa, ora vətənimdir. Mən belə düşünürəm ki, kainatın hər yerindəyəm. Bütün insanlar kainatın və yer üzünün kiçicik bir hissələridir. Mən də bu insanlar kimi kainatın bir hissəsi olmaqla bərabər, eyni zamanda İlahinin yaratdığı bir varlığam. İlahi insanları yaradıb, onlara şüur, təfəkkür verib ki, bu kainatın kiçik bir nöqtəsi olduqlarını heç zaman unutmasınlar. Hər zaman İlahinin yaratdıqlarına şükür etməyi bacarsınlar. 

Vaqif Bayatlı sualları cavablandırdıqdan sonra estafeti, “Hal” və “ Xilasorman” romanlarının müəllifi Əsəd Qaraqaplana ötürdü və ona öz suallarını ünvanladı:

– “Qaraqaplan” təxəllüsünün mənasını açıqlaya bilərmi? Ümumiyyətlə, bu təxəllüsü niyə götürüb?

– Dünyanın məşhur iki yazıçısı Dostoyevski və Servantesdən sonra Əsəd Qaraqaplan üçüncü ən böyük yazıçı olmağa hazırlaşırmı və özünü o yerə layiq bilirmi?

Pərvin Arzuqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı