
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) bir neçə gün öncə İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində - Güney Azərbaycanda baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıb.
Cəmiyyətdən Modern.az saytına verilən məlumata görə, avqustun 14-dən başlanan kampaniyaya bu günədək cəmi 4820 manat vəsait daxil olub.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin çağırışına baxmayaraq, kampaniyaya qoşulanların sayı azdır. Təəssüf ki, imkanlı şəxslər də bu çağırışa ciddi yanaşmayıblar. Bunu kampaniyaya qoşulanların siyahısı da təsdiq edir.
Hələlik tanınmışlardan yardım hesabına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov 1000 AZN, deputat Qənirə Paşayeva isə 2500 AZN köçürüb.
| № | Tarix | Kimdən | Hesab nömrəsi | Məbləğ AzN | Məbləğ USD |
| 1 | 14/08/2012 | Az.QAC prezidenti Milli Məclisin deputatı Novruz Aslanov | 515333 | 1000 | 1270,32 |
| 2 | 14/08/2012 | Aypara Humanitar Fondu | 515341 | 1000 | 1270,32 |
| 3 | 15/08/2012 | Milli Məclisin deputatı Qənirə Paşayeva | 515331 | 2500 | 3175,81 |
| 4 | 15/08/2012 | Ramazan Sultanov | 515340 | 50 | 63.6 |
| 5 | 15/08/2012 | Elshən Salimzadə | 515334 | 100 | 127.3 |
| 6 | 15/08/2012 | Rövşən Əliyev | 515340 | 20 | 25.4 |
| 7 | 15/08/2012 | Qafar Əsgərzadə | 515336 | 20 | 25.4 |
| 8 | 15/08/2012 | Fərid Seyidzadə | 515335 | 20 | 25.4 |
| 9 | 16/08/2012 | Əliyev Əli | 515339 | 10 | 12.7 |
| 10 | 16/08/2012 | Aslanlı Gülnur Novruzəli qızı | 515343 | 100 | 127.3 |
|
| Cəmi | 4820 | 6123,55 | ||
Ödəniş üçün bank rekvizitləri:
| AZN | ABŞ Dollar |
Anar RÜSTƏMOV