Modern.az

Elçibəyin ölüm səbəbi: “Bu ehtimal mənə inandırıcı gəlmir” - Eks-prezidentin qardaşı

Elçibəyin ölüm səbəbi: “Bu ehtimal mənə inandırıcı gəlmir” - Eks-prezidentin qardaşı

Ölkə

17 Avqust 2012, 12:29

Fazil Mustafa: “Əbülfəz Elçibəy xəstəlik səbəbindən dünyasını dəyişib”

“Yeni Müsavat” qəzetinin bugünkü sayında eks-prezident Əbülfəz Elçibəyin kimlərsə tərəfindən zəhərləndiyi və Bakı Şəhər Prokurorluğunda istintaq aparılması ilə bağlı yazı dərc olunub. Modern.az məsələni aydınlaşdırmaq məqsədi ilə keçmiş prezidentin qardaşı Almurad Əliyevlə əlaqə saxlayıb.

O bildirib ki, istintaq xəbərini yalnız mətbuatdan oxumaqla öyrənib.

“Mən prokurorluğa çağırılmamışam. Qoy Bakı Şəhər Prokurorluğu açıqlama versin ki, görək nə məsələdir. Mən bir ay bundan qabaq açıqlama vermişdim. Mənə inandırıcı gəlmir. Əgər belə məsələ varsa, qoy sübut etsinlər. Uşaq deyillər ki, hamısı savadlı adamdırlar, partiya idarə edirlər. Nə deyim e, nə təhər zəhərlənib, kim zəhərləyib? Bu adam kənddə (Kələkidə - red.) olanda xəstə idi. Mən bilirdim. Almaniyaya yollayırdılar, getmədi, müalicədən imtina etdi... Qoy əvvəlcə prokurorluq açıqlama versin, sonra sözümü deyərəm”.

Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı