
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçiminin nəticələrini açıqlayıb.
Modern.az saytının məlumatına görə, ali məktəblərə qəbul olan abituriyentlərin adları TQDK-nın internet saytında (//www.tqdk.gov.az/Ali2012BM/) yerləşdirilib.
Abituriyentlər 7727 nömrəsinə SMS göndərməklə də nəticələri öyrənə bilirlər.
Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də «Abituriyent» jurnalının 6-cı sayında dərc olunacaq. Həmin jurnalın elektron versiyasını internet vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq.
TQDK-dan bildirilib ki, tələbə adı qazanmış şəxslər 2012-ci il avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcək.
Cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94 % dolub.
İxtisas qrupları və bölmələr üzrə qəbul planı və qəbul olmuş abituriyentlərin sayı aşağıdakı cədvəldə təqdim olunur:
|
İXTISAS QRUPU | Qəbul planı | Qəbul olunmuş abituriyentlərin sayı | |||||
| Azərbaycan bölməsi | Rus bölməsi | Birgə müsabiqə aparılan ixtisaslar | Cəmi | Azərbaycan bölməsi | Rus bölməsi | Cəmi | |
| I | 5211 | 52 | 5981 | 11244 | 9128 | 1317 | 10445 |
| II | 3039 | 37 | 6228 | 9304 | 8124 | 1180 | 9304 |
| III | 4756 | 256 | 4102 | 9114 | 7620 | 984 | 8604 |
| IV | 1272 | - | 2984 | 4256 | 3286 | 355 | 3641 |
| Cəmi | 14278 | 345 | 19295 | 33918 | 28158 | 3836 | 31994 |
Modern.az