Modern.az-da “Estafet” rubrikasının onuncu qonağı şair-yazıçı Salam Sarvandır.
Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Əsəd Qaraqaplan Salam Sarvana bu sualları ünvanlamışdı:
– Salam Sarvandan 46 ildən sonra nə qaldı və nə getdi?
– Salam Sarvana görə, ən böyük savaş nədir?
Salam Sarvan Modern.az vasitəsilə Əsəd Qaraqaplana cavab verdi:
– Ən çox əziyyət çəkdiyim vaxt çatışmazlığıdır ki, bu da bizə işlərimizi istədiyimiz kimi yerinə yetirməyimizdə çətinliklər yaradır. Gün çox qısadır. 40-43-45 və sair yaşdan sonra keçirdiyim hiss də bununla bağlıdır ki, vaxt getdikcə daralır.
– Böyük savaşların zamanı keçdi. İndi adamlar şir, pələng ovlamırlar, bildirçin vururlar, balıq tuturlar, milçək öldürürlər, ağcaqanad qırırlar.
Salam Sarvan sualları cavablandırdıqdan sonra estafeti şair-publisist Murad Köhnəqalaya ötürdü və ona öz suallarını ünvanladı:
– “Seçilmiş xalqlar” anlayışını qəbul edirmi?
– Əhalimizin 10 sivil ölkə arasında bölüşdürülüb həmin ölkələrə köçürülməsi, torpaqlarımızın yalnız əkin-biçin, neft çıxarmaq və başqa təsərrüfat məqsədləri üçün boşaldılaraq icarəyə verilməsi ideyasına necə baxır?
Pərvin Arzuqızı