Modern.az

“Estafet” rubrikası - Murad Köhnəqalanın Şərif Ağayara sualı var - MARAQLI

“Estafet” rubrikası - Murad Köhnəqalanın Şərif Ağayara sualı var - MARAQLI

Ölkə

28 Avqust 2012, 10:34

Modern.az-da estafet rubrikasının on birinci qonağı şair-publisist Murad Köhnəqaladır.

Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Salam Sarvan Murad Köhnəqalaya bu sualları ünvanlamışdı:

– “Seçilmiş xalqlar” anlayışını qəbul edirmi?

– Əhalimizin 10 sivil ölkə arasında bölüşdürülüb həmin ölkələrə köçürülməsi, torpaqlarımızın yalnız əkin-biçin, neft çıxarmaq və başqa təsərrüfat məqsədləri üçün boşaldılaraq icarəyə verilməsi ideyasına necə baxır?

Murad Köhnəqala Modern.az vasitəsilə Salam Sarvana cavab verdi:

– Özünü “seçilmiş xalq” yox, “seçilmiş millət” adlandıran millətlər çoxdur. Elə bizim qatı düşmənlərimiz olan ermənilər də özlərini seçilmiş, ari adlandırır. Məsələn, yəhudilərin, almanların, türklərin özlərini Tanrı tərəfindən seçilmiş elan etdiklərini çox eşitmişik. Lakin mən bu təsnifata ağıl aldırmıram. Mənim üçün inkişaf etmiş dövlətlər və orada çoxluq təşkil edən xalqlar var. Bu günün inkişaf eləmiş millətlərinin başında ingilislər, almanlar və digər Avropa ölkələrinin xalqları, millətləri durur...

– Ölkəmizin əhalisini 10 sivil ölkə arasında bölüşdürmək? Hmmm! Mən razı deyiləm! Belədə hər ölkəyə bir milyon azərbaycanlı düşər. Nə qədər yalanlar uydursaq, Qumilyovdan nə qədər misallar gətirsək də, bizim millət başqa xalqların içində tez assimlyasiyaya uğrayanlardandı. Yəni 50-100 ildən sonra bu unikal alverçi xalqımızdan əsər-əlamət qalmaz. Bilin ki, Azərbaycan xalqı olmasa dünyanın bir tərəfi əyilər. Saqın, Salam bəyin irəli sürdüyü bu eksperimenti həyata keçirməyin!

Murad Köhnəqala ona ünvanlanan sualları cavablandırdıqdan sonra estafeti şair-yazıçı Şərif Ağayara ötürdü və ona öz suallarını ünvanladı:

– Kitab halında çap olunduqdan sonra “Haramı” romanını özün oxumusanmı? Xoşuna gəlirmi, yəni?

– Kitabın satışı səni qane edirmi? Səncə, oxucu kütləsi yetərincədirmi?

Pərvin Arzuqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı