Modern.az

Nazim İmanovun oğlu diplomatik xidmətə cəlb olunub

Nazim İmanovun oğlu diplomatik xidmətə cəlb olunub

Ölkə

28 Avqust 2012, 12:19

Modern.az saytının məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından olan, sabiq deputat Nazim İmanovun oğlu Araz İmanov diplomatik fəaliyyətə cəlb olunub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Modern.az -a açıqlamasında məlumatı təsdiq edib.

XİN rəsmisinin sözlərinə görə, keçmiş deputatın oğlu Araz İmanov hazırda Azərbaycanın Çexiyadakı səfirliyində çalışır. A.İmanovun hansı vəzifədə çalışmasına gəlincə, E.Abdullayev bildirib ki, o, diplomatik fəaliyyətlə məşğuldur.

Qeyd edək ki, Nazim İmanov Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi partiya olan AMİP-in yaradıcılarındandır. O, həçminin müstəqil Azərbaycanın ilk parlamentinin (1995-2000-ci illər) də üzvü olub. Aktiv deputat fəaliyyəti ilə seçilən N.İmanovun Milli Məclisdə iqtisadi qanunların qəbul olunmasında mühüm rolu olub.

Daha sonra AMİP-dən istefa verən N.İmanov 2005-ci ildə müstəqil namizəd kimi parlament seçkilərinə qatılsa da, deputat ola bilməyib. O vaxtdan etibarən N.İmanov aktiv siyasi fəaliyyətini dayandırıb.
Məlumatlara görə, N.İmanov hazırda Bakıda fəaliyyət göstərən böyük xarici şirkətlərdən birində çalışır. N.İmanov mətbuatla münasibətləri məhdudlaşdırıb...

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı