Cəmiyyətin üzdə olan şəxsləri Modern.az-ın testindən keçəcək. Belə ki, onlar 5 dəqiqə ərzində 10 sualı cavablandırmalıdırlar. Çalışacağıq suallar çətin olmasın...
Modern.az-ın testindən bu dəfə əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu keçdi.
Yüyürək at özünə nə vurdurmaz? ( Doğru cavab: qamçı)
- qamçı.
Nobel alan ilk türk yazıçısı (Doğru cavab: Orhan Pamuk)
- “Qar” əsərinin müəllifi Orhan Pamuk.
Şahmatın müasir versiyası ilk dəfə harada kəşf edilib və bundan sonra Avropaya yayılıb? (Doğru cavab: İranda)
- Hindistanda.
- Uzun Həsənin anasının adı nə idi? (Doğru cavab: Sara xatun)
- Sara xatun.
- Dostoyevskinin “Cinayət və cəza” əsərində Raskolnikov oğurladığı pulları harada gizlədirdi? (Doğru cavab: daşın altında)
- Zirzəmidə.
- İstanbulun fəthi nə vaxtdır? (Doğru cavab: 1453)
- 1453.
- “Dəmir Ledi” kimə deyiblər? (Doğru cavab: Marqaret Tetçer)
- Marqaret Tetçer.
- Qaloş obrazı hansı filmdəndir? (Doğru cavab: “Qanun naminə”)
– “Qanun naminə”.
- Dünyanın ən kiçik quşu hansıdır? (Doğru cavab: kalibri)
- Ağcaqanad
- Kəpənəyi tuta bilməyən müğənni kimdir? (Doğru cavab: Mirzə Babayev)
- Mirzə Babayev.
Sevinc İltifatqızı