Modern.az

Bakıda dəhşətli qəza - çoxlu ölən və yaralanan var - YENİLƏNİB+VIDEO

Bakıda dəhşətli qəza - çoxlu ölən və yaralanan var - YENİLƏNİB+VIDEO

Ölkə

31 Avqust 2012, 09:59


Bu gün səhər saat 07:27 radələrində Qaradağ rayonu ərazisində xeyli insanın həlak olması və yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib.  

Səhiyyə Nazirliyindən Modern.az saytına verilən məlumata görə, 124 saylı sərnişin avtobusu ilə Bakı-Ağstafa istiqamətinə hərəkət edən 97 saylı sərnişin qatarının  toqquşması nəticəsində bu dəqiqəyə olan məlumata görə 6 nəfər ölüb.
32 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, onlar tibbi yardım alıb. 1 nəfər Travmotologiya İnstitutuna yerləşdirilib. 8 nəfərin vəziyyəti ağırdır. Verilən məlumata görə, ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

****

Qaradağ rayonu ərazisində xeyli insanın həlak olması və yaralanması ilə nəticələnən dəhşətli yol qəzasının qurbanları barədə müxtəlif məlumatlar söylənilir.  Rəsmi qurumlar ölənlərin 7-8 nəfər olduğunu deyirlər, şahidlər isə fərqli fikir söyləyirlər.     Hadisə yerində olan şahid, Lökbatan sakini Safura Məlikova əməkdaşımıza bildirib ki, qəza nəticəsində ölənlərin sayının 20 nəfərdən çox olduğunu güman edir.
”Onlarla meyitin bədən parçalarını yığıb apardılar. Hadisə yeri qan gölünə dönüb”. Şahidin sözlərinə görə, olay yerinə ölən və xəsarət alanların əşyaları dağılıb, ürəkağıradan məzərə yaranıb. Avtobus tamamilə əzilib. Dəmiryol ətrafındakı dirəklər aşıb.

***

Fövqəladə Hallar Nazirliyi qəza ilə bağlı rəsmi məlumat yayıb.
Nazirlik bildirib ki, “112 qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, saat 07:35 radələrində Bakı şəhəri, Qaradağ rayonunda dəmir yolu keçidində “Ağstafa-Bakı” marşrutu ilə hərəkət edən sərnişin qatarı və avtobus toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, 6 nəfər hadisə yerində ölüb, 40 nəfərdən çox insan müxtəlif xəsarət alıb. Xilasedicilər cəsədləri və yaralıları, ağır deformasiyaya uğramış nəqliyyat vasitəsindən müvafiq qaydada götürərək aidiyyəti üzrə təhvil verib, habelə zəruri təhlükəsizlik tədbirləri görüb. Əməliyyat saat 09:25-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır". 

 



Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı