Modern.az

Amerika Ramil Səfərovla bağlı Azərbaycandan izahat istədi

Amerika Ramil Səfərovla bağlı Azərbaycandan izahat istədi

Ölkə

1 Sentyabr 2012, 09:21


Avqust ayının 31-i Maracarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası və Azərbaycan dövlət başçısı İlham Əliyev tərəfindən imzalanan əfv fərmanı ilə azadlığa buraxılmasından sonra ABŞ Dövlət Departamenti "Azərbaycanlı əsgərin əfvi" başlıqlı press-relis yayıb.
Modern.az "Amerikanın səsi" radiosuna istinadən bildirir ki, Dövlət Departamentinin Mətbuatla Əlaqələr Ofisinin sözcüsünün müvəqqəti müavini Patrik Ventrel (Patrick Ventrell) tərəfindən yayılan açıqlamada deyilir:

"Amerika Birləşmiş Ştatları Azərbaycan prezidenti İlham Əliyevin bu gün Macarıstandan ekstradisiya edilərək Bakıya qayıdan azərbaycanlı ordu zabiti Ramil Səfərovu əfv etməsi xəbərindən ciddi narahatlıq hissi keçirir. Cənab Səfərov 2004-cü ildə Budapeştdə keçirilən NATO treyninqində erməni zabit Qurgen Margaryanı qətlə yetirdiyinə görə Maracarıstanda ömürlük həbsə məhkum edilib.
Biz bu addımla əlaqədar olaraq Azərbaycana dərin narahatlığımızı çatdırır və izahat əldə etməyə çalışırıq. Biz habelə Macarıstan tərəfindən də cənab Səfərovun Azərbaycana ekstradisiyası qərarı barədə detallı məlumat öyrənmək istəyirik.
Biz regional gərginliyi artıracaq bütün addımları pisləyirik".

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı