
Bir zamanlar ölkədə Azərbaycan Milli İstiqlal Partiyası adlı ağır, samballı bir partiya vardı. Tək ona görə yox ki, bu partiya Binəqədi rayonunda böyük ərazisi olan əzəmətli iqamətgaha malik idi, həm də ona görə ki, partiyanın rəhbərliyində nüfuzlu siyasətçilər təmsil olunurdu. Bu günsə, hətta partiyanın qurucusu və uzun illər sədri olmuş Etibar Məmmədov belə, AMİP-in təmsilçisi rolunda çıxış etmir...
Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 1999-cu ildə - AMİP-in qərargahının dağıdılmasına-sökülməsinə bir neçə saat qalmış çəkilib. Şəklin müəllifi isə rəhmətlik fotoqraf Alim Kazımlıdır.
AMİP deyərkən Etibar Məmmədovdan sonra ilk yada düşən Şadman Hüseynovla Nazim İmanov olur...
Masanın üstündə şahmat taxtası olsa da, oyunçular sanki, AMİP-in düşdüyü durumu düşünürlər. Nə üçün ölkənin aparıcı partiyasının qərargahı əlindən alınır?
Bəs səhv harada buraxıldı? 4 iyun qiyamı zamanı Surət Hüseynova dəstək veriləndəmi? Yoxsa, hakimiyyətə münasibətdə “konstruktivliyi” buraxıb, böyük iddalara qapılandamı?
Bu şahmat oyununun sonunda bəlkə də “Səbəb” tapıldı, amma arıtq gec idi...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)
Modern.az