Modern.az

“Estafet” rubrikası - Aqil Abbasın Zakir Fəxriyə sualı var - MARAQLI

“Estafet” rubrikası - Aqil Abbasın Zakir Fəxriyə sualı var - MARAQLI

Ölkə

5 Sentyabr 2012, 12:16

Modern.az-da estafet rubrikasının on üçüncü qonağı Millin Məclisin deputatı, Azərbaycanın əməkdar jurnalisti Aqil Abbasdır.

Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Şərif Ağayar Aqil Abbasa bu sualları ünvanlamışdı:

– Niyə Knut Hamsunun Norveçin ucqar kəndlərinə sevgisi, Şopenin Polşaya ruhi bağlılığı deyil də, Azərbaycan yazıçısının yurd, torpaq sevgisi lokallıq və əyalət düşüncəsi sayılır? Bəlkə yalançı vətənpərvərliklə tuluğu suya vermişik... 

– Ədəbiyyatla Qarabağ tərəzinin gözündə... Hansı ağır gələr? Lütfən, birini seçmək vacibdir...

Aqil Abbas Modern.az vasitəsilə Şərif Ağayara cavab verdi:

– Knut Hamsun və Şopen – mən onları tərəzinin eyni gözünə qoyub, müqayisə edə bilmərəm. Onlar tamamilə fərqli yaradıcılığı olan insanlardır. Şopen qeyri-adi bir sənətkar olmaqla yanaşı, həm də çox məşhur bir bəstəkardır. Mən burda musiqinin daha təsiredici və böyük qüvvəyə malik olduğunu düşünürəm. Şopen çox gözəl bəstələri, Knut Hamsun isə əsərləri ilə öz fərqliliyini qoruyub saxlaya bilir. Onları mənsub olduqları xalq  uca zirvələrə qaldırıb və nəticədə onları cəmiyyət, millət içində sevilməyinə səbəb olublar. Amma bu gün bizdə bu vəziyyət acınacaqlıdır, çünki yazıçılarımızın əsərlərinin dünya çapına çıxmaması və başqa dillərə tərcümə olunmaması bizi bir növ geridə qoyur.

“Yalançı vətənpərvərliklə tuluğu suya vermişik...”

Mən əsla bu sözlə razı deyiləm, çünki biz yalançı deyil, əsl vətənpərvər xalqın övladlarıyıq. Amma bizim gücümüzün çatmadığı bir şey bizlərdən asılı deyilsə, buna nə etməli... Bizlər Kamal Abdullanı lazımi səviyyədə xalqa tanıtdırıb və təqdim edə bilmiriksə, bu bizim günahımız deyil. Bu zamanın, dövrün yaratdığı problemlərdir. Sovet dövründə yazıb-yaradan insanlar Azərbaycan mədəniyyətinə böyük töhfələr veriblər. Onların bu gün öndə olmamasına səbəb müəyyən çətinliklərinin və problemlərinin olmasıdır.

– Mən bu yanaşmaya tamamilə fərqli prizmadan baxıram. Onları tərəzinin eyni gözünə qoymaq və hansının ağır gəldiyini müqayisə etmək çətin məsələdir. Amma, ədəbiyyatı bir kənara qoysaq, mənim üçün Qarabağdan ağır və böyük bir dərd yoxdur. Bu yük hər birimizin çiyinlərindədir və bizlər bu yükü daşıya bilmirik. Bu Azərbaycan xalqı üçün dözülməz və acınacaqlı bir vəziyyətdir.

Aqil Abbas sualları cavablandırdıqdan sonra estafeti 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-tərcüməçi Zakir Fəxriyə ötürdü və ona öz suallarını ünvanladı:

 –Zakir Fəxri, sənin qardaşın Kamil bu dövlətin, xalqının yolunda Qarabağda gedən müharibələrdə şəhid oldu. Bu zaman o, hələ hüquq fakültəsində oxuyurdu və nişanlı idi. Bu yaşanan hadisələrdən sonra, sən həyatda yaşamağa utanırsanmı?

– Zakir Fəxri, səndə məndən soruşma ki, bəs sən Qarabağ uğrunda verdiyimiz şəhidlərdən sonra həyatda yaşamağına utanırsanmı?

Pərvin ARZUQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı