Modern.az

“Azəristiliktəchizat”: “Mənzillərin qızdırılma haqlarında artım olmayacaq”

 “Azəristiliktəchizat”: “Mənzillərin qızdırılma haqlarında artım olmayacaq”

Ölkə

6 Sentyabr 2012, 11:16

Ötən il mənzillərin istiliklə təminatı qiymətləri 5 qəpikdən 15 qəpiyə qədər artırıldı. Sovet hökuməti dağılandan sonra qazanxanaların dağıdılması və mənzillərə istilik verilişinin dayandırılması hər kəsi mənzildaxili istilik xətlərini və avadanlıqları söküb lazımsız əşya kimi kənara atmağa vadar etdi. Amma bir müddət əvvəl prezidentin bütün mənzillər istilik sistemləri ilə təchiz olunması haqqında göstərişindən sonra hər kəs mənzilinə istilik sistemi quraşdırmaq istədi. Bu ərəfədə Tarif Şurasının birdən-birə istilik verilişi tariflərini 5 qəpikdən 15 qəpiyə qaldırması vətəndaşların əlini işdən soyutdu.

“Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətləri rəisi Rafiq Əliyev isə bahalaşmanı istilik sistemlərinin quraşdırılmasına marağı azaltmadığını deyir. Onun sözlərinə görə, hər kvadratmetrə görə hesablanan 5 qəpik istilik verilişinin maya dəyərindən bir neçə dəfə aşağı olduğundan qiymət 15 qəpiyə qaldırıldı. Amma bu qiymət də maya dəyərindən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, əhalinin sosial vəziyyətini nəzərə alaraq tariflərə yenidən baxılması gündəmdə deyil. Bununla bağlı Tarif Şurasına da müraciət olunmayıb. Ona görə də hələ ki, istilik verilişindəki qiymət 15 qəpik qalacaq”.

R. Əliyev onu da bildirdi ki, uzun müddət istilik olmayan binalarda təmir aparılarkən müəyyən konstruktiv dəyişikliklər edilərək mənzil daxili istilik xətləri çıxarılmışdı. Hətta bəziləri binalar bu xətləri tamamilə söküblər. Amma son vaxtlar istilik verilişinin keyfiyyəti artdıqca və yeni qazanxanalar istifadəyə verildikcə istilik sistemlərinə yenidən maraq artır: “Çünki mənzilləri elektrik enerjisi ilə qızdırmaq baha başa gəldiyindən istilik sistemi ilə qızdırılması daha sərfəlidir. Ona görə də hər kəs istilik sisteminin quraşdırılmasında maraqlıdır. Ötən mövsüm 118 min mənzili istilik sistemi ilə təmin edə bildik. Baxmayaraq ki, 180 minə yaxın mənzilə istilik verilməli idi. Amma biz onun yalnız 118 minini istiliklə təmin edə bildik. Yerdə qalan 50-60 min mənzilin isə mənzildaxili problemlərinə görə bu mümkün olmadı. Hər il əvvəlki illə müqayisədə 10-15 minə yaxın mənzil artımı müşahidə olunmaqdadır. 

Bakı üzrə ötən il 180 məktəb, 141 uşaq bağçası, 89 səhiyyə obyekti, 257 digər obyektlər istiliklə təmin olunub. 2366 yaşayış binasına da istilik verilib”.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı