Modern.az

Tələbələr yeni tədris ilinə hazırdır, bəs universitetlər? - ARAŞDIRMA

Tələbələr yeni tədris ilinə hazırdır, bəs universitetlər? - ARAŞDIRMA

Ölkə

6 Sentyabr 2012, 15:09

Ali təhsil müəssisələrinin açılmasına az qaldı. Onlar tələbələri qəbul etməyə, onların sosial təminatını tam ödəməyə nə dərəcədə hazırdırlar?

Modern.az bununla bağlı bir neçə təhsil müəssisəsindən məlumat  öyrənib.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimovanın sözlərinə görə, onlar yeni tədris ilinə  bu il bir sıra yeniliklərlə başlayacaqlar. Universitetdəki yeniliklər barədə məlumat verən mətbuat katibi bildirib ki, bir sıra fakültələrinin elmi-tədqiqat laboratoriyaları yeni avadanlıqlarla təmin olunub. P. İbrahimova qeyd edib ki, fizika fakültəsinin NANO Araşdırmalar laboratoriyasına  bu  il dəyəri 1 milyon 200 min dollar olan “JSM 7600F” elektromikroskop və “Mini Flex 600Rentgen difraktometr”  alınıb və hazırda laboratoriyada  quraşdırma işləri aparılır. Kimya fakültəsinə  dəyəri  100 min  dollar olan “Qazxromotoqrof”, biologiya  fakültəsi üçün “Neyrospektir” və mikroskoplar, coğrafiya fakültəsi üçün isə CPS cihaz avadanlıqları alınıb. 

P. İbrahimova humanitar fakültələrin hər birinin elektron lövhələrlə təmin olunduğu deyərək onların hər biri üçün kompüter ayrıldığını da vurğulayıb. 
Mətbuat katibi onu da deyib ki, Bakı Dövlət Universitetinin Quba rayonunda  8 hektarlıq sahəni əhatə edən 5 mərtəbəli “Quba təcrübə və tədris” bazası fəaliyyət göstərəcək. Baza 400 universitet əməkdaşı və tələbə üçün nəzərdə tutulub.

Tələbələrin sosial təminatına gəlincə isə, P. İbrahimova vurğulayıb ki, hazırda yataqxanaların layihələşdirmə proqramı başa çatıb, yaxın gələcəkdə bu layihələrin icrasına başlanılacaq” 

Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb  Rzayev bildirib ki, onlar tələbələrin sosial təminatı yüksək səviyyədə təşkil ediblər. Onun sözlərinə görə, bütün hazırlıqlar tamamlanıb, tələbələrin yolunu gözləyirlər. “Bizim saytda bu ilki yeniliklərlə bağlı məlumatlar artıq yayımlanıb, hər şey yükək səviyyədə təşkil olunub” .

Mətbuat rəhbəri  qeyd etdi ki, Qafqaz Universitetinə 700 balla qəbul olan tələbələri gözəl təbriklər və hədiyyələr gözləyir.
  
Bakı Slavyan  Universitetinin tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov deyib ki, filologiya və jurnalistika fakültəsindəki təmir işləri başa çatmaqdadır. “Bu il tələbələri yeni təmirli universitet gözləyir”. O  qeyd edib: “Tələbələri qarşılamağa hazırıq, bizim 4 yataqxanamız var, onlardan 3-də  qaçqınlar məskunlaşsa da, 3 saylı qızlar yataqxanasında tələbələri yerləşdirə bilirik”. Yataqxanada hətta xarici tələbələr və qonaqlar üçün də yüksək səviyyədə  təmir olunmuş otaqların olduğunu deyən prorektor bildirdi ki, hər olduğu kimi bu ildə Bakı Slavyan Universitetində tələbələri yeniliklər gözləyir.

O. Səmədov deyib ki, bu il ixtisaslarda yenilik var. Magistr pilləsində ilk  ingilis və fransız dili, psixologiya üzrə hazırlığa başlanılacaq, beynəlxalq münasibətlər, diplomatiya ixtisası  üzrə təhsillə başlanılır. Prorektor xüsusi vurğuladı ki, oktyabr ayında prezidentin nəzarəti ilə keçirilən “Multikulturalizm” adlı foruma hazırlıq gedir.

Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımov bildirib ki,  onlar yeni tədris ilinə tam hazırdırlar. “Universitetinin yataqxanası da şərait və imkan baxımından yaxşıdır. Tələbələr artıq müraciət edir, birinci kurslardan da müraciət edənlər var və onların hamısına şərait yaradılır”.

Sumqayıt Dövlət Universitetinin mətbuat katibi Vüsal Məmmədlinin sözlərinə görə,  yeni tədris ili üçün universitetdə hazırlıq işləri başa çatmaqdadır. “Son üç ay ərzində universitetdə əsaslı yenidənqurma və abadlıq işləri aparılıb. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər aparılıb, bütün şöbə və laboratoriyalar kompüter dəstləri ilə təchiz edilib, Artıq bir neçə aydır ki, universitet tələbələri və əməkdaşları yüksək sürətli Wi-Fi sistemi ilə internetdən istifadə edə bilirlər”.

Mətbuat katibi bu ilin onlar üçün daha vacib olduğunu deyib. “Təhsil müəssisəmiz 50 illik yubileyi ərəfəsindədir. Bununla bağlı universitetdə hazırlıq işləri gedir“.
Tələbələrin sosial təminatının təmin olunması məsələsinə gəlincə isə, o, vurğulayıb ki, “SDU-nun iki yataqxana binasında məcburi köçkünlər məskunlaşdığından tələbələrimizi orada yerləşdirmək imkanımız yoxdur”. 

Azərbaycan Turizm İnstitutunun mətbuat xidmətindən
verilən məlumatda bildirilir ki, artıq Bakı Turizm Peşə Məktəbi fəaliyyət göstərir. İnstitutda daha qiyabi təhsil olmayacaq.

Məltəm Talıbzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı