Modern.az

Qadın kişiyə çevriləndə ölür…

Qadın kişiyə çevriləndə ölür…

Ölkə

7 Sentyabr 2012, 14:10

[email protected]

Onlar bir-birilərini  sevirdilər. Hər gün görüşlər, sevgi şeirləri, bol-bol vədlər, əhdlər… qız deyirdi mənə üzük lazım deyil, barmağıma sap bağla. Oğlan deyirdi cehiz gətirmə, elə baxışlarını gotür gəl. Qız deyirdi ev lazım deyil, daşlardan balaca yuva tikərik. Gələcək körpələrinə ad qoydular, dükanda  uşağa ayaqqabı, köynək soruşdular. Oğlan məktub yazırdı sən mənim həyatımsan. Qız zəng eləyirdi ölərəm, səndən ayrılmaram.

Sonra başladı nələr… mübahisələr…

-Sən görüşə niyə gec gəldin?

-Nə olsun, sən dünən heç zəng eləmədin?

-Ona görə eləmədim ki, sən də o biri gün eləməmişdin.

-Mən səni belə bilmirdim.

-Hec mən də səni belə bilmirdum.

-Axı sən belə demirdin?

-Sən özün necə?

-Bəs əhdimiz?

-Bunu özündən soruş.

-Sən niyə özündən soruşmursan?

-Binanızda yaşayan oğlan…

-Bəs sənin dayın qızı?

-Onu deyirsən?

-Hə, bəs sən deyəndə yaxşıdı?

-Heç səndən  gözləməzdim..

-Mən də səndən gözləməzdim.

-Heyf mənim hislərimə, sən adam deyilsənmiş.

-Adam sən deyilsənmiş…

Daha nələr, nələr… mübahisələr…

Mübahisələr başlayanda məhəbbət bitir.

Gənclərin  mübahisəsi uzun illərdi yadımdadı, unuda bilmirəm nədənsə...

Bəlkə məhəbbət, döğurdan da, yalanmış.. Min illərdi  bəşəriyyət buna inanmır. Min ildi insanlar  sevirlər, min ildi aldanırlar…Yenə də məhəbbətin yoxluğuna inana bilmirlər. Labirintin içində min illərdi insan hissləri çırpınır… O günü xöşbəxt bir qadın söylədi mənə:
-Sevdim külə döndüm, sevmədim gülə döndüm. Sevmədən ərə getdim, aradım, secdim, indi çox xoşbəxtəm.
Dedim, ürəkdən sevənlər seçə bilmirlər. Əlavə etdi, ailə üçün sevmək azdı. O qadın yalan dedi, ya doğru, bilmirəm.

Amma mən də bilirəm, indiki zamanda məhəbbətdən danışmaq gülməlidi…

Məhəbbət həmişə evə dava salıb. Çünki böyük məhəbbətlə sevən kəs eyni dərəcədə də öz haqqını istəyir. Qarşısındakında isə bu, azdır. Çünki Allah-Təala iki sevənin birini həmişə zəif yaradır: ya qızı, ya oğlanı. Sevməyəni sevənə tapşırır və ya əksinə. Baxır hansı ağıllıdır? Hökmən, sevgi olan yerdə dava düşməlidir. Çünki məhəbbət “Mən” deməkdir, “mən” olan yerdə ikinci “mən” yoxdur. Məhəbbət başqa birisinin etibarının yoxa çıxmasının subutudur. Məhəbbət birinin başqa birisinin üzərində qələbəsidir. Ailələri məhəbbət dağıtdığını bir dəfəlik anla və başa düş. Məhəbbət yoxluğun isbatıdır. Məhəbbət təzyiqdir. Normal iqtisadi maraqlar üzərində qurulan münasibət, yalnız və yalnız sözdən ibarət olan məhəbbətdən bəzən çox etibarlıdır. Qarışılıqlı anlaşılma, dünyaya az sayda uşaq gətirmək ( uzağı üç), boş-boş sözlərdənsə, yaxşı pul qazanmaq, yaxşı geymək və normal qidalanmaq, bir-birinin qədrini bilmək, sevgidən başqa hər şeydən danışmaq indiki həyatımızın əsas mayasıdır. Hardasa bir nəfər sevən qalıbsa, yəqinki mənimlə razılaşmayacaq. Amma bir az gözləsin, söz mən deyəndi… qadın o zaman kişinin gözündən düşür ki, kişiyə çevrilir. Kişi də həmçinin, qadına çevriləndə ölür.

İlahi, neyləyirsən elə, amma qadını kişiyə çevirmə...
Alçalmış kişilərin çiynində ucalan qadınlar ölmüş qadınlardır. Bəzən deyirlər, aslanın erkəyi dişisi olmaz. Mən bu fikirlə qətiyyən razı deyiləm. Qadın kişiyə çevriləndə ölür.
Həmişə qadın kişini, kişi qadını idarə edir. Əgər zəmanə qadını kişiyə çevirirsə, onu çevirən kişidir. Kişi qadına çevrilirsə, bunu da edən qadındır. Kişi qadını qadına, qadın da kişini qəhrəmana çevirməlidir. Məcnun ona görə böyükdür ki, onun arxasında qadın dayanır. Səngərdən qaçan bir fərarinin də arxasında balaca bir qadın dayanır. Qadın küçə kişisini bir anın içində qəhrəmana çevirə bilər. Amma təəssüf ki, bizim əksər  qadınlarımız kişiləri qəhrəmana çevirə bilmirlər.
İlahi, neyləyirsən, elə,amma qadını kişiyə çevirmə, qoy elə qadın kimi qalsın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı