Modern.az

“Estafet” rubrikası – Zakir Fəxrinin Eldəniz Quliyevə sualı var – Maraqlı

“Estafet” rubrikası – Zakir Fəxrinin Eldəniz Quliyevə sualı var – Maraqlı

Ölkə

8 Sentyabr 2012, 11:08

Modern.az-da estafet rubrikasının on dördüncü qonağı aktyor və ssenari müəllifi kimi tanıdığımız Eldəniz Quliyevdir. Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Aqil Abbas Zakir Fəxriyə bu sualları ünvanlamışdı:

– Zakir Fəxri, sənin qardaşın Kamil bu dövlətin, xalqının yolunda Qarabağda gedən müharibələrdə şəhid oldu. Bu zaman o, hələ hüquq fakültəsində oxuyurdu və nişanlı idi. Bu yaşanan hadisələrdən sonra, sən həyatda yaşamağa utanırsanmı?

– Zakir Fəxri, səndə məndən soruşma ki, bəs sən Qarabağ uğrunda verdiyimiz şəhidlərdən sonra həyatda yaşamağına utanırsanmı?

Zakir Fəxri Modern.az vasitəsilə Aqil Abbasa cavab verdi:

– İnsanı o hadisələr utandırar ki, o, cəmiyyətə mənfi implus gətirir. Bir ölüm ki, cəmiyyətə baş ucalığı, şərəf, inam gətirir və bütün insanların gözünü işıqlandırır, bu kimi hadisələrdən utanmaq əsassızdır. Torpaq uğrunda, vətən uğrunda canından keçmiş mərd oğullarımız üçün biz nəinki utanmalıyıq, hətta belə şərəfli oğullarımız olduğuna görə bizlər fəxr etməliyik. Bu bizim xalqımız və  ailəmiz üçün bir şərəfdir və bundan da heç kim peşmançılıq hissləri keçirə bilməz. Kamilin ölümü bizə anacaq şərəf gətirir. O tək bizim deyil, bütün Azərbaycan xalqının başını uca elədi və hər kəsə göstərdi ki, Azərbaycanın müstəqilliyi uğrunda canından keçməyə hazır olan hələ neçə-neçə belə oğullarımız var. Gün gələcək Qarabağ erməni işğalçılarından azad ediləcək və şəhidlərimizin ruhu da şad olacaq.  

– Mən Aqil Abbasa belə bir sualla müraciət etmərəm. Çünki mən bilirəm ki, o Qarabağ uğrunda canından keçməyə belə hazırdır. Dəfələrlə mənimlə müharibədə iştirak eləmiş bir insana mən necə belə bir sual verə bilərəm. O, bizim xalqımız üçün və mənim üçün çox dəyərli Azərbaycan yazıçısıdır.

Zakir Fəxri sualları cavablandırdıqdan sonra estafeti  məşhur ssenari müəllifi və kino redaktoru Eldəniz Quliyevə ötürdü və ona öz suallarını ünvanladı:

– Cəmiyyətdə müəyyən çatışmazlıqlar olsa da, bunlar uzun müddət davam etmir. Ümumiyyətlə, bu gün cəmiyyətimizdə hansı çatışmazlıqlar mövcuddur?

– Bu gün cəmiyyətdə böyük bir kəsim qarşısı alınmaz savadsızlığa doğru gedir. Təhsilin səviyyəsinin aşağı olduğu bir dönəmdə siz Azərbaycanda orta məktəb dərsliklərində hansı yazıçı və şairləri görmək istəyərdiniz?

 

Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı