“Sentyabrın 15-də Zaqatalanın bütün məktəblərində dərslərin başlanması gözlənilir”. Bunu Modern.az-a açıqlamasında Təhsil nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib.
A.İbrahimov bildirib ki, Zaqatala ilə yanaşı Balakən və Qaxda da tədris olacaqdır.
“Zərərçəkən ərazilərdə tədrsidə əngəl olmayacaq. Prinsip etibarilə orada bütün sistem təzədən qurulur. Oradakı məktəblərin bir qismi yenidən tikildi. Bununla bərabər bir neçə məktəb də təmir olundu. Son illərdə tikilən məktəblərə yalnız işləmək qalır. Məktəblərin hər bir hissəsi uşaqların tələbatına uyğun olaraq tam təmir olunur. Ən müasir tələblərə cavab verən avadanlıqlar olur”.
Anar Kəlbiyev