Modern.az

İmtahanlarda şagirdləri ən çox “2” alan rayonlar TQDK ilə razılaşmır

İmtahanlarda şagirdləri ən çox “2” alan rayonlar TQDK ilə razılaşmır

Ölkə

11 Sentyabr 2012, 12:58

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin builki buraxılış imtahanlarında ən aşağı nəticə göstərən – şagirdləri daha çox “2” alan rayonların adlarını açıqlayıb. TQDK bildirib ki, bu il buraxılış imtahanları üzrə şagirdləri ən pis nəticə göstərənlərin sırasında birinci yerdə Sabirabad  rayonu gəlir. Daha sonra isə sıralama belədir: Cəlilabad, Zərdab, Astara, Hacıqabul, Füzuli, Daşkəsən, Kürdəmir.

Modern.az aşağı nəticə göstərən rayonların Təhsil şöbəsinin müdirləri və həmin rayonların deputatlarından məsələyə münasibət öyrənməyə çalışıb. 

Astara rayon Təhsil şöbəsinin müdri Qızbəs Məmmədova əvvəlcə şagirdləri “2” alan rayonların sırasında Astaranın olduğuna inanmadı.
”Bu ola bilməz. Siz məlumatı yaxşı dəqiqləşdirin”.
Müdirə deyəndə ki, məlumatı TQDK-nın özündən almışıq, Təhsil şöbəsinin müdri komisiyanın belə bir məlumat yaymasının doğru hesab etmədi: “Bu il rayonumuzun orta məktəblərini bitirən 170 nəfərə yaxın məzun tələbə adını qazanıb, bunlardan 16 nəfər 500-dən yuxarı, 5 nəfər isə 600-dən yuxarı bal toplayaraq, ali məktəblərə daxil olublar. Astaranın adı buraxılış imtahanlarında ən pis nəticə göstərən rayonların sırasında ola bilməz. TQDK-an aldığınız məlumat yanlışdır”.

Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini İlqar Talıbov da TQDK-nın belə bir açıqlamasından xəbərsiz olduğunu bildirdi.
”Bununla bağlı  rayon  Təhsil şöbəsinin müdiri Şükür Məmmədov danışa bilər”.
Hacıqabulda region rayonlarının Təhsil şöbələrinin müdirlərinin toplantısı keçirildiyi üçün, Ş.Məmmədovla əlaqə saxlıya bilmədik

“Qara siyahı”da yer alan Zərdab rayonu ilə bağlı məsələyə bu bölgədən olan deputat Jalə Əliyeva münasibət bildirdi. Millət vəkilnin sözlərinə görə, TQDK-nın buraxılış imtahanları ilə bağlı bu açıqlaması üzərində düşünməyə dəyər.
”Deputatı olduğum rayondan son dövrlərdə ali məktəblərə qəbul olanların sayının artdığını müşahidə edirəm. Bu da deməyə əsas verir ki, təhsilin səviyyəsi ildən-ilə yüksəlir. Bir neçə il əvvəllə müqaisədə son illər yüksək bal toplayan məzunlarımızın sayı çoxalıb. Amma buraxılış imtahanlarında Zərdab rayonun belə bir nəticə göstərməsi mənim  üçün üzücüdür. Düşünürəm ki, bu məsələnin üzərində işləməyə dəyər. Burda səbəblər ondan ibarətdir ki, Zərdab ucqar rayon olduğuna görə çox vaxt kadr çatışmazlığından şikayət edirik. Rayonumuz ucqar olduğu üçün  çox vaxt universiteti qurtaran öz məzunlarımız  yenidən  rayona qayıtmaq istəmirlər. Bir səbəbi də bunda axtarmaq lazımdır. İstənilən sahələrdə bizim güclü kadrlarımız, yaxşı mütəxəssislərimiz var. Bunu hər zaman deyirik. Amma rayondan çıxan kadrlarımızın yenidən Zərdaba qayıtmasına diqqət edilməsi lazımdı. Burda çox faktlar ola bilər. Amma mən bunu dəqiqləşdirməmiş deyə bilmərəm. Çünki yeni dərs ilinin başlanmasına çox az bir vaxt qalıb. Bu məsələ ilə bağlı rayonda görüşümüz olacaq. Təhsil şöbəsinin müdiri və rayon rəhbərliyilə birlikdə bu məsələni araşdırıb konkret bir nəticəyə gələrik. Ötən ildən başlayaraq yaşı 65-dən yuxarı olan qocaman müəllimlər yola salınıblar. Təbii ki, təqaüdə çıxan müəllimlərin yerini tutan insanlar var. Ola bilsin ki, 65 yaş senzinə keçdiyimiz üçün bir boşluq yaranıb. Ona görə bəlkə belə bir nəticə olub bizim rayonumuzda. Bir daha demək istəyirəm ki, araşdırmadan, məsələyə dərindən varmadan mən konkret bir şey deyə bilmərəm. Amma düşünürəm ki, bu çox qısa bir zamanda həllini tapa biləcək bir məsələdi”.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı