Modern.az

“Estafet” rubrikası - Eldəniz Quliyevin Hacı Rövşən Əhmədliyə sualı var - Maraqlı

“Estafet” rubrikası - Eldəniz Quliyevin Hacı Rövşən Əhmədliyə sualı var - Maraqlı

Ölkə

12 Sentyabr 2012, 13:05

Modern.az-da “Estafet” rubrikasının növbəti qonağı ssenarist Eldəniz Quliyevdir.

Xatırladaq ki, rubrikamızın bundan öncə qonağı olmuş Zakir Fəxri Eldəniz Quliyevə bu sualları ünvanlamışdı:

- Cəmiyyətdə müəyyən çatışmazlıqlar olsa da, bunlar uzun müddət davam etmir. Ümumiyyətlə, bu gün cəmiyyətimizdə hansı çatışmazlıqlar mövcuddur?

- Bu gün cəmiyyətdə böyük bir kəsim qarşısı alınmaz savadsızlığa doğru gedir. Təhsilin səviyyəsinin aşağı olduğu bir dönəmdə siz Azərbaycanda orta məktəb dərsliklərində hansı yazıçı və şairləri görmək istəyərdiniz?

Eldəniz Quliyev Modern.az vasitəsilə Zakir Fəxriyə cavab verdi:

– Cəmiyyətdə olan çatışmazlıqların səbəbi bir çox məsələlərə etinadsız yanaşmanın nəticəsidir. Hər hansı bir ölkənin inkişafı onun hündür binaları, gözəl küçələri ilə müəyyən olunmur. Fikrimcə, istənilən ölkənin inkişafı onun dəyərli, əxlaqlı və allahın varlığına inanan insanlarının olması ilə ölçülür. Bəlkə də biz insanların ləyaqətinə şəxsiyyətinə qiymət verməyi bacarmırıq. Nəticədə insanlıq faktorunu unutduğumuz təqdirdə bir çox problemlər yaranır və bu problemlər insanların milli-mənəvi, əxlaqi-dini dəyərlərinin aşağı olmasına gətirib çıxarır.

– Azərbaycanda çap edilən dərsliklərin səviyyəsi çox aşağıdır. Bu gün dərsliklərimiz istənilən və arzuedilən səviyyədə deyil. Çünki hər hansı bir şairi, yazıçını bir çox hallarda allah vergisi olmayan hər hansı bir insanı bütləşdirib və mütəmadi olaraq dərsliyə salmaq, uşağın təmiz olan zehnini korlamaq düzgün deyil. Mən hesab edirəm ki, biz Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Musa Yaqubu daha çox dərsliklərdə görməliyik və bu insanlara bizim dərsliklərdə daha çox yer ayrılması gələcəyimizin parlaq yetişən gəncliyindənh xəbər vermiş olur. Bu da Azərbaycan və gələcək nəsillər üçün böyük əhəmiyyət kəsb edir. Təhsilin səviyyəsinə gəlincə, bu bizdə çox biabırçı bir fakt olaraq qalır. Sovet dövründə olan təhsil sistemi ən mütərrəqi təhsil sistemi idi. Mən hesab edirəm ki, bizdə təhsil sistemində kökündən islahatlar aparılmalıdır. Bəlkə, bu zaman Azərbaycanda təhsil sistemində müəyyən səviyyəyə çatıb, nəyəsə nail ola bilərik.  

Eldəniz Quliyev sualları cavablandırdıqdan sonra estafeti İslam Partiyası sədrinin müavini Hacı Rövşən Əhmədliyə ötürdü və ona öz suallarını ünvanladı:

Bu gün milli-mənəvi və əxlaqi dəyərlər təbii surətdə aşınmaya uğrayır. Gələcək faciələrə yol açan bu aşınma kimlər və ya kim tərəfindən qəsdən düşünülmüş formada həyata keçirilir?

– Dünyəvilik və din-bütün dünyada bu iki anlayışı birləşdirməyə kompromis variant tapmağa qlobal cəhdlər göstərilir. Qonşu Türkiyə və Avropa ölkələrində dünyavilik və din hər hansı kompromis variantda bir araya gəlir və insanlar da normal yaşayırlar. Azərbaycanda bu proses tam əks istiqamətdə cərəyan edir. Bunun səbəbi nə ilə bağlıdır?

Pərvin ARZUQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı