Modern.az

Niyə 3 nəfəri vuran xanım sürücü tutulmadı, Tofiq Yaqublunun qızı tutuldu?

Niyə 3 nəfəri vuran xanım sürücü tutulmadı, Tofiq Yaqublunun qızı tutuldu?

Ölkə

12 Sentyabr 2012, 17:16

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu barəsində cinayət işi açılıb. Başqan müavininin qızı avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu hadisədə təqsirkarı istintaq qrupu məyyən edib. Şöbə rəisinin sözlərinə görə, hadisə yerinə gələn müstəntiq müəyyən edib ki, ölən şəxs (Aydın Acalov-red) sükan arxasında deyil, avtomobildəki sərnişin yerində əyləşibmiş.

“Hadisə yerinə müstəntiq gəlib. Baxış keçirəndən sonra bir rəy verib. İstənilən hadisənin daha dəqiqini müstəntiqdən yaxşı heç kəs bilmir”.

K.Əliyevin sözlərinə görə, qəzaya uğrayan avtomobil Acalov Aydın Rəşid oğlunun adınadır, amma onu idarə edən şəxs Yaqublu Nigar Tofiq qızı olub.

“O sürücülük hüququ olmadan, həmin nəqliyyat vasitəsini idarə edib. Avtomobili idarə edərkən, qarşıdan gələn “Kamaz” markalı avtomobilin yoluna çıxıb və toqquşma hadisəsi baş verib. Bu toqquşmada da həmin avtomobilin sahibi, sərnişin qismində maşında olan Acalov Aydın Rəşid oğlu dünyasını dəyişib”.

Bu hadisəni başqa bir olayla müqayisə edən bəzi müşahidəçilər hüquq-mühafizə orqanlarını ikili yanaşmada ittiham edirlər. Məsələn, konkret olaraq 2011-ci il sentyabrın 8-də xanım sürücü tərəfindən törədilmiş daha ağır yol qəzasə misal gətirilir. Belə ki, 3 nəfərin ölümü ilə nəticələnən həmin yol qəzasını törədən xanım, eks-prezident Ayaz Mütəllibovun 19 yaşlı nəvəsi Mədinə Mütəllibova idi. 1992-ci il təvəllüdlü Mədinə Mütəllibova idarə etdiyi “Lexus” markalı avtomobillə Bakı şəhər sakinləri olan nənə, baba və nəvəni vurub. Hadisə zamanı baba və nəvə hadisə yerində, nənə isə xəstəxanada dünyasını dəyişib. Bu olay daha dəhşətli olsa da, eks-prezident Ayaz Mütəllibovun kiçik oğlu Zaur Mütəllibovun qızı Mədinə Mütəllibova həbs olunmadı, onun barəsində açılan cinayət işi isə xətm olundu....

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı