Modern.az

“Bunu bilərəkdən elədim” - İslam dünyasında qəzəb yaradan filmin müəllifi

“Bunu bilərəkdən elədim” - İslam dünyasında qəzəb yaradan filmin müəllifi

Ölkə

13 Sentyabr 2012, 11:49

Müsəlman ölkələrində böyük etirazla qarşılanan həzrəti Məhəmmədi (s.) təhqir edən filmin rejissoru Sam Bacile ekran əsəri haqqında danışıb. Modern.az xəbər verir ki, rejissor “İslam xərçəng xəstəliyi, müsəlmanlar da yox edilməli həşəratlardır. Bu film ilə mən İslamın nifrət məzmunlu bir din olduğunu dünyaya göstərəcəyəm” deyə qeyd edib.

Sam Bacile qeyd edib ki, filmin çəkilməsi üçün 100 israilli xeyriyyəçidən 5 milyon dollar alıb və filmi İsrail üçün çəkib. Həmçinin bildirib ki, ABŞ-ın Florida əyalətində Quranı yandıran keşiş Terri Consdan da dəstək alıb. 

Qeyd edək ki, Sam Bacile Amerikan vətəndaşı olsa da, əslən İsraildəndir.

Xatırladaq ki, bu filmə görə dünən ABŞ-ın Liviyadakı səfiri yandırılaraq öldürülüb. Həmçinin Əfqanistan “YouTube”-a girişi qadağan edib.

Sevinc İltifatqızı

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı