Modern.az

“Şəfiqə Məmmədovanın yaratdığı təşkilat kolxozdurmu, hamı ora axışır..." - Rejissor

“Şəfiqə Məmmədovanın yaratdığı təşkilat kolxozdurmu, hamı ora axışır..." - Rejissor

Ölkə

14 Sentyabr 2012, 11:25

Tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edənlərin sayı artmaqdadır. İndiyədək bu qurumda təmsil olunan məşhur simaların əksəriyyəti təşkilatı tərk ediblər. Onlar təkcə yeni yaradılan alternativ quruma üzv olmaqla kifayətlənmir, Rüstəm İbrahimbəyovun ünvanına müxtəlif ittihamlar da səsləndirirlər.

Uzun müddətdir bu məsələ ilə bağlı danışmaq istəməyən kinorejissor  Əbdül Mahmudov nəhayət susqunluğunu pozaraq, Modern.az-la bəzi məqamları bölüşüb. Rüstəm İbrahimbəyova qarşı başlanan kampaniyanı qəbul etməyən Şeyx Əbdül Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk edənləri qınayıb. Onun sözlərinə görə, bu insanlar indi Rüstəm İbrahimbəyovu satırlarsa, zaman gələcək Şəfiqə Məmmədovanı da satacaqlar.

“Mən Rüstəm İbrahimbəyova qarşı başlanan çirkin kampaniyanı heç cür qəbul etmirəm. Nə üçün ona qarşı düşmən mövqedə dayanırlar? Bu gün Rüstəm İbrahimbəyovun üzünə duranlar onun vaxtilə təşkilata gətirdiyi insanlardır. Belə nadürüstlük olarmı? Rüstəm bəy düşünmürdü ki, bu insanlardan adama yoldaş olmaz. Vaxt var idi ki, Rüstəm İbrahimbəyovu tərifləyən insanlar indi utanmadan durub ona qarşı çıxırlar. Atalar yaxşı deyib ki, kim nə əkərsə, onu da biçəcək. Bu insanlara sual vermək istəyirəm ki, sizin Rüstəm İbrahimbəyovun ünvanına sərt ittihamlar səsləndirməyə mənəvi haqqınız varmı? Onlar çörəkləri dizlərinin üstündə olan insanlardır. İndi say çoxluğu olsun deyə, yerindən duranı doldururlar təşkilata. Bu yeni təşkilat kalxozdurmu? Bizim vaxtımızda təşkilata siravi üzv olmaq üçün o qədər çalışırdıq ki, burnumuzdan qan açılırdı”, - deyə kinorejissor vurğulayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı