Modern.az

Məleykə Abbaszadə: “Rusiya ali məktəblərinə daxil olan 10 tələbə geri qaytarıldı”

Məleykə Abbaszadə: “Rusiya ali məktəblərinə daxil olan 10 tələbə geri qaytarıldı”

Ölkə

14 Sentyabr 2012, 12:36

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə xaricdə oxuyan tələbələrin sayı haqqında məlumat verib.

Modern.az-ın məlumatına görə TQDK sədri bildirib ki, bu il Türkiyə tərəfi fərdi şəkildə tələbələrin qəbulunu aparıb.

“Yəni bizim tərəfimizdən Türkiyə ali məktəblərinə imtahan keçirilmədiyi üçün bilmirik ki, neçə nəfər qəbul olub. Rusiya  ali məktəblərinə isə biz imtahan aparmışıq və 20 nəfər bakalavrı Rusiya ali məktəblərinə göndərdik. Amma təəssüflər olsun ki, onlardan yalnız 10 nəfərini Rusiya tərəfi qəbul edib. Onlar bunu belə izah ediblər ki, maddi imkanları aşağı olduğundan yalnız 10 nəfəri qəbul edə bilərlər. Biz geri qayıdan həmin 10 nəfəri isə ballarına uyğun olaraq Azərbaycan ali məktəblərinə yerləşdirdik. Eyni zamanda, Rusiyadan 2 nəfər magistr qaytarılıb. İndi Rusiyada 20 nəfər yox, 10 nəfər oxuyur”.

M.Abbaszadənin sözlərinə görə, diplomatik yolla onlara belə bir məlumat daxil olub ki, Rusiya artıq Azərbaycan tərəfdən 20 nəfər deyil, 10 nəfər oxutduracaq.

“Bundan əlavə, Heydər Əliyev Fondunun vasitəsilə Litva ali məktəblərinə müsabiqə yolu ilə qəbul aparılıb. Bunlar təsdiq olunan 10-15 nəfərdir. Litva ali məktəblərinə daxil olub, dövlət hesabına deyil, öz hesabına oxuyanlara Heydər Əliyev Fondu tərəfindən yardım olunur. Digər xarici ölkələrdə oxuyanlar isə özləri qəbul olduğundan onlar haqqında bizdə məlumat yoxdur. Yəqinki bunların sənədləşmə işi və sayı ilə bağlı Təhsil Nazirliyində məlumat olar”.

 

Mail AĞAXANOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı