Modern.az

DYP əməkdaşları nə zaman sürücünü təqib edə bilər?

DYP əməkdaşları nə zaman sürücünü təqib edə bilər?

Ölkə

19 Sentyabr 2012, 13:15

Sentyabrın 17-dən 18-ə keçən gecə paytaxtın Şəfayət Mehdiyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsinə məxsus “UAZ” markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən “Mercedes” markalı avtomobillə toqquşub. Qəzaya “Mercedes”in işıqforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirməsi səbəb olub. Nəticədə hərbi maşında olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
 Hadisə yerində olan şahidlər qəzaya DYP əməkdaşlarının səbəbkar olduğunu deyiblər. Belə ki, qaydanı pozan “Mercedes”in yol polisi tərəfindən təqib edilməsi ağır qəzaya səbəb olub.

Ümumiyyətlə DYP əməkdaşlarının avtonəqliyyat vasitələrini təqib etmək hüququ varmı?  

DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, qanunvericilik buna yol verir. K. Əliyev bunların hansı halda qanuni olduğunu da deyib. Şöbə rəisinin sözlərinə görə, nəqliyyat vasitəsini idarə edən şəxsin bir cinayət hadisəsi törətməsi haqqında dəqiq məlumat olduqda onu təqib etmək olar.  

“Həmin nəqliyyat vasitəsində gedən sərnişinlərdən hər hansı biri cinayətin törədilməsində şübhəli olduqda, bundan əlavə əgər həmin nəqliyyat vasitəsinin sürücüsü digər hərəkət iştirakçılarının həyatı üçün real təhlükə yaradırsa, bu halda nəqliyyat vasitələri təhlükəsizlik şərtlərinə əməl edilməklə, təqib edilə bilərlər”.  

Anar Kəlbiyev
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı