Modern.az

Pənah Hüseyn: “Mən istefa qərarımı hələ açıqlamamışam”

Pənah Hüseyn: “Mən istefa qərarımı hələ açıqlamamışam”

Ölkə

21 Sentyabr 2012, 12:00

İctimai Palatanın Koordiyasiya Şurasının üzvü, sabiq millət vəkili Pənah Hüseyn qurumdan istefa verməsi ilə bağlı məsələyə yenidən münasibət bildirib. P.Hüseyn Modern.az-a açıqlamasında istefa verib-verməməsi haqda bu gün yekun qərar verəcəyini deyib. “Mətbuatda yazırlar ki, istefa vermişəm. Dünən belə bir açıqlamam olmayıb mənim. Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası olacaq. Lazım olarsa orada qərarımı verəcəm. Başqa mən heç nə deyə bilmərəm”.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının keçirilən sonuncu iclasında quruma üzv olan siyasi partiyaların hakim Yeni Azərbaycan Partiyası ilə birgə Ramil Səfərovla bağlı Avropa Parlamentinə qarşı qəbul etdiyi etiraz müraciəti ciddi narazılıqa səbəb olub. Hətta, Palatadan Pənah Hüseyn, politoloq Zəfər Quliyev və Köçəri Nağıbəylinin Koordinasiya Şurası üzvlüyündən istefa verdiyi bildirilirdi. Pənah Hüseyn İctimai Palatadan istefa verəcəyi haqda qərarını dünən açıqlayacağını bildirsədə Müsavat başqanı İsa Qəmbərlə  keçirilən 3 saatlıq görüşdən sonra qərarına yenidən baxacağı gözlənilir.

 

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı