
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov Modern.az-a danışdı
Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov Ramil Səfərovun Macarıstan tərəfindən Azərbaycana təhvil verilməsi, Azərbaycan prezidenti tərəfindən əfv olunması məsələsinə münasibət bildirib.
E.Həsənov Modern.az saytına eksklüziv açıqlamasında bildirib ki, bu addım Azərbaycan prezidenti İlham Əliyevin necə vətənpərvər bir insan olmasını bir daha təsdiqlədi.
“Hər bir vətəndaş kimi mən də bu məsələdən çox məmnunam. O ki qaldı beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin Azərbaycana qarşı hər hansı təzyiqlər göstərməsinə, bu cür tənqidləri biz hər zaman görmüşük. Bu, müvəqqəti bir haldır və aradan qalxacaq. Əsas odur ki, burada heç bir hüquq pozuntusu yoxdur və bütün beynəlxalq qanunlara tam riayət olunub”, – deyə səfir vurğulayıb.
Nihadə Eyyubova