Modern.az

Bir şəklin tarixçəsi - Heydər Əliyev və Kamran Bağırov bazarda

Bir şəklin tarixçəsi - Heydər Əliyev və Kamran Bağırov bazarda

Ölkə

22 Sentyabr 2012, 12:01


Siyasi liderlərin xalqla təmasları həmişə diqqəti cəlb edib. Rəhbərlər xalqın onlar barədə nə düşündüklərini həmişə bilmək istəyiblər. Şah Abbasın təğyiri-libas olub vəziri ilə gecə vaxtı şəhərə çıxaraq camaatın rəyini öyrənməsindən tutmuş SSRİ-nin, Qərb ölkələrinin liderlərinin küçə görüşlərinə qədər olanlar tarix üçün maraqlı hadisələrə çevrilə bilib.

Sovet rəhbərləri çox nadir hallarda kütlə ilə təmasa can atırdılar. Mərhum Heydər Əliyev bu “buzu” sındıran nadir rəhbərlərdən olub. Onun vaxtaşırı xalqla təmasları, dialoqları tarixin yaddaqalan anlarına çevrilə bilirdi.

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil 80-ci illərin əvvələrində Bakıda, hamının “Təzə Bazar” kimi tanıdığı ticarət mərkəzində çəkilib.

Vaxtilə Sovet Azərbaycanına rəhbərlik etmiş iki birinci katib: Heydər Əliyev və Kamran Bağırov. Əliyev o zaman SSRİ-nin rəhbərlərindən biri idi, Bakıdan getmişdi, Moskvada işləyirdi, Bağırov isə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindəydi.
Bu şəkil Heydər Əliyevin Bakıya qonaq gəldiyi anı əks etdirir. Əliyev və Bağırov şəhərə çıxıblar. Rəhbərlər bazarda göyərti və tərəvəz satanla məhsul barədə nəsə maraqla danışırlar...

1982-ci ildə “Ərzaq Proqramı”qəbul etmiş SSRİ-də dövlət mağazalarının boş piştaxtaları uzaqgörən rəhbərlər üçün bir siqnal oldu. Xalqa gəlincə, ictimai bərabərlik və kommunist ideyaları altında yaşayan azərbaycanlılar Şərq adamı üçün xarakterik olan “bazar kultu”nu itirmədi.       

Bu şəkil o dövrün ab-havasını yaxşı əks etdirir....

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı