Modern.az

Korrupsiya Komissiyasından Gülər Əhmədova ilə bağlı açıqlama

Korrupsiya Komissiyasından Gülər Əhmədova ilə bağlı açıqlama

Ölkə

26 Sentyabr 2012, 14:21

Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası deputat Gülər Əhmədova ilə bağlı yayılan gizli videomaterial barədə açıqlama verib. Komissiyanın nümayəndəsi Vüsal Hüseynov açıqlamasında sözügedən videomaterialdan xəbərdar olduqlarını və bu istiqamətdə Baş Prokurorluğun reaksiya verəcəyini deyib.

  “Burada söhbətin nədən getdiyini təxmini bilirəm. Qeyd edim ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın təyinatı bir qədər fərqlidir. Bu kimi işlərlə bağlı cinayət təqibini həyata keçirən dövlət qurumları var. Hesab edirəm ki, bu məsələ ilə əlaqədar Baş Prokurorluq reaksiya verməlidir”, - deyə V.Hüseynov bildirib.  

Qeyd edək ki, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev deputat Gülər Əhmədovanın ondan külli miqdarda rüşvət almasına dair gizli qeydə aldığı videoçəkiliş yayımlayıb.  


Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı