Dünən Böyük Britaniyanın ölkəmizdəki səfirliyində Azərbaycanın müxalifət nümayəndələri ilə iqtidar təmsilçiləri bir araya gəliblər. Bu barədə Modern.az-a səfirliyin tədbirində iştirak etmiş gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev məlumat verib.
O, bildirib ki, Britaniya səfirliyində Kraliça Yelzavetanın ad gününə dəvət olunanlar arasında AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Müsavat İcra aparatının rəhbəri Arif Hacılı və eləcə də hakimiyyət nümayəndələri iştirak ediblər.