Modern.az

Mən Novruz bayramı keçirə bilmədim

Mən Novruz bayramı keçirə bilmədim

Ölkə

27 Sentyabr 2012, 12:20

1984-cü il.... “Gənçlik” nəşriyyatının direktoru Əzizə Əhmədova  mənə dedi ki, biz uşaqlar  üçün kitab çap eləyirik. Uşaqlar üçün  şeirlərin varsa,  gətir... Mən də böyüklər üçün şeirlərimi qatlayıb qoydum çantama, geldim kənddə, nə gəldim...

Uşaq şeirləri yazmağa başladım, özüm də subay. Bir aya 300 uşaq şeiri yazdım. Əvvəllərdə ara-sıra yazırdım. Şeirlərimdə 3 uşaq obrazı götürdüm: Kəramət, Sevinc və Tural. Bu üç uşağın başına gələn və gələ biləcək hadisələri qələmə aldım. Sonra şeirləri verdim “Gənclik” nəşriyyatına. Şeirlərim  Məstan Günərin, İlyas Tabdığın, Zahid Xəlilin, Tofiq Mahmudun, Rafiq Yusifoqlunun, Məmməd Namazın və başqlarının xoşuna gəldi və dövrü mətbuatda çap olundu. “Gənçlik” nəşriyyatında  həmin şeirlər kitab halında işıq üzü gördü. Kitab çıxandan sonra  dedilər ki, Qəşəm yalnız uşaq şairidir, vəssalam. Sonra hekayələr kitabım çap olundu, dedilər yalnız nasirdi, vəssalam.  Sonra böyükılər üçün kitablarım... Dedilər böyüklər üçün  maraqlı  şairdir, sonra müəllimliyim və alıdığım titullar.. Dedilər yalnız yaxşı müəllimdi. Hamısın da belə dedilər...  Və  bunu  deyənlər məni öz sahələrindən  öz aləmlərində guya  qovurdular. Nə isə...

Sonra ailə qurdum. Üc övladım oldu.  Bir qız, iki oğlan. Kitabdakı adları övladlarıma qoydum. Kəramət, Sevinc və Tural. Kitabda uşaqlara hansı xüsusiyyətləri vermişdmsə, övladlarım da həyatda o cür xarektərə malik oldular.

Sonra Bakıya köçdüm, kirayə... işsizlik.. pulsuzluq .... adamsızlıq, demək olar ki, məni əməlli- başlı əldən saldı. Çörək almağa belə pulum yox idi.

Azərbaycan Yazıçılar Birliyinin  Uşaq ədəbiyyatı şöbəsi var, rəhbəri də mərhum uşaq yazıçısı Əli Səmədli idi. (indi də rəhbəri  mən). Yazıçılar Birliyi uşaq yazşçılarına ildə bir dəfə bir yazıçıya  Tofiq Mahmud adına mükafat verirdi, pulu da vardı, indiki pulla 100 manat. Mən də şeirlərimi təqdim etdim, çox sevinirdim, qarşıdan Novruz bayramı gəlirdi, əməlli-başlı qoz- fındıq almaq olardi, evdə də dedim, hamı sevindi. Başladiq həsrətlə mükafat verilən günü gəzləməyə.  Komissiyanın rəhbəri Əli Səmədli bir gün  mənə dedi ki, şeirərini bütün komissiya üzvləri bəyənib, amma bir nəfər - “Ədəbiyyat qəzeti”nin redaktoru Ayaz Vəfalı etiraz eləyir. Yeganə namizəd də mən idim, getdim Ayaz müəllimin yanına, Novruz bayramın yaxınlaşdığını dedim, qoz-fındıq almaq üçün pulumun olmadığını dedim, işsiz olduğumu, kirayə qaldığımı dedm, 3 azyaşlı uşaqımın olduğunu dedim, xeyri olmadi ki, olmadı. Axır da onun öz gənçliyini yada saldim, dedim bəlkə bir az  kövrələ, heç cürə xeyri olmadı. Axırda qaçdım Sabir Rüstəmxanlının yanına, dedim millət vəkilidi,  məni tanıyır, deyərəm, o da Ayaz müəllimə deyər, vaxtı ilə “Ədəbiyyat qəzeti”ndə işləyib, sözü yerə düşməz. Bu istəklə Şəhidlər Xiyabanı tərəfdən Milli Məçlisinin sərt  pilləkənlərini təngnəfəs ola-ola qalxdım, gözüm qaraldı, dilimin altına validol qoydum. İki saat gözləyəndən sonra  gördüm Sabir Rüstəmxanlı Milli Məçlisin binasından çıxdı, gözüm işığa gəldi. Görüşdük, vəziyyətimi və baş verənləri olduğu kimi Sabir müəllimə danışdım. Hətta müsabiqədə yeganə namizəd olduğumu da dedim. Düşünürdüm dediklərimdən Sabir Rüstəmxanlı dəhşətə gələcək. Amma nə “hə” dedi, nə “yox”. Elə bilirdim,  heç olmasa bu saat Ayaz müəllimə zəng eləyəcək. Elə bu zaman Sabir müəllim telefonu cibindən çıxardı, dedim aha, indi işlər düzəlir, yəqin Ayaz müəllimə zəng eləyir. Bir də gördüm Sabir Rüstəmxanlı telefonda kiməsə deyir, “səhər Türkiyəyə gedirəm”. Sonra telefonu söndürüb qoydu cibinə, yanında dayanmış ağ maşına oturdu. Maşın yerindən tərpəndi. Mən qaldım küçədə. Amma nədənsə  o maşın heç yadımdan çıxmır... ağ maşın... dümağ maşın.

O ili həmin mükafatı mənə vermədilər, ayrılmış pulu geri qaytardılar. Mən Novruz bayramı keçirmədim. Uşaqlarımın yanında yaman utandım.

[email protected]

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı