Modern.az

Qardaşı Gülər Əhmədovanın insult keçirdiyini təsdiqlədi: “Həkimlərin rəyin gözləyirik”

Qardaşı Gülər Əhmədovanın insult keçirdiyini təsdiqlədi: “Həkimlərin rəyin gözləyirik”

Ölkə

28 Sentyabr 2012, 11:37

ANS TV-nin tanınmış aparıcısı İlqar Mikayıloğlu bacısı, millət vəkili Gülər Əhmədovanın  insult keçirməsi ilə bağlı yayılan xəbəri  təsdiqləyib. Modern.az xəbər verir ki, bu barədə İlqar Mikayıloğlu aparıcısı olduğu "Günə Baxan" verilişində məlumat verib.

İ.Mikayıloğlu bildirib ki, həkimlərin xanım deputatla bağlı dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq.

Aparıcı həmçinin vurğulayıb ki, gecə saatlarında Gülər Əhmədovanın vəziyyəti pisləşibmiş.

"Gülər xanım sadəcə baxır. Heç bir şeyə reaksiya vermir. Anamı yanına apardım. Həkimlər gəldikdə efirim olduğundan çıxmaq məcburiyyətində qaldım. Həkimlərin dəqiq diaqnozu bu gün aparılacaq müayinələrdən sonra bəlli olacaq", - deyə aparıcı vurğulayıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı