Modern.az

Siyavuş Novruzov: “Daha nə deyə bilərik?”

Siyavuş Novruzov: “Daha nə deyə bilərik?”

Ölkə

28 Sentyabr 2012, 12:36

“Hüquq mühafizə orqanları öz işlərini görürlər...”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deputat Gülər Əhmədova ilə bağlı məlum videqalmaqal barədə Baş Prokurorluğun açdığı cinayət işinə münasibət bildirib. Modern.az saytına açıqlamasında S.Novruzov bildirib ki, artıq hüquq-mühafizə orqanları öz işlərini görürlər.

“Biz daha nə deyə bilərik?  Hüquq mühafizə orqanları öz işlərini görürlər. Biz bu prosesin nəticələrini gözləyirik. Nəticəyə uyğun YAP açıqlama verəcək”-deyə YAP rəsmisi bildirib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı