Modern.az

Kral daha öz hesabına Azərbaycandan Məkkəyə zəvvar aparmır

Kral daha öz hesabına Azərbaycandan Məkkəyə zəvvar aparmır

Ölkə

4 Oktyabr 2012, 13:40

“Səudiyyə Ərəbistanın kralı artıq necə illərdir ki, öz hesabına Azərbaycandan Həcc ziyarətinə getmək üçün yer vermir”. Bu sözləri Modern.az saytına açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin rəhbəri hacı Müqəddəs Payızov deyib. O qeyd edib ki, belə hal Azərbaycan müstəqillik qazanan ilk  illərdə olmuşdu.

“Əgər belə yer ayrılsaydı KİV, səfirlik məlumatlar yayardılar. Bu 16-18 il bundan əvvəl olub. İki dəfə azərbaycanlı zəvvarlar kralın hesabına Məkkəyə Həcc ziyarətinə gediblər. Ondan sonra isə belə şey olmayıb. Azərbaycandan insanlar Həcc ziyarətinə kvota üzrə gediblər”.

M.Pənahov Həcc ziyarətinə gedən zəvvarlardan yaş həddinin aşağı və yuxarı olanlarının siyahısının aparılmadığını bildirib.
“Bizdə bu statistika aparılmır. Sadəcə tövsiyyələr veririk ki, körpə uşaqlar və həddindən artıq yaşlı insanlar getməsin. Çünki orada böyük izdiham olur və yıxılsalar insanların ayaqları altında qalıb öləcəklər”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı