Pənah Hüseyn: “Videoqalmaqalın mitinq qərarına təsiri var”
İctimai Palatanın Koordinasiya Şurası (KŞ) oktyabrın 13-də yürüş-mitinq keçirmək qərarını qəbul edib. Bu barədə Modern.az-a KŞ-ının üzvü Pənah Hüseyn bildirib. Onun sözlərinə görə, İctimai Palata aksiyanı “Parlament buraxılsın!” və “Yeni seçkilər!” şüarı ilə keçirəcək.
P.Hüseynin sözlərinə görə, aksiyanın keçirilməsi ilə bağlı qərar və şüarların formalaşmasına son günlər geniş rezonans doğurmuş Gülər Əhmədova ilə bağlı rüşvət qalmaqalı da təsir göstərib.
“Videokadrlarda deputat mandatı ilə bağlı bazarlıq cəhdi və bunun cəmiyyətdə ciddi narazılıq doğurması İctimai Palatada kütləvi aksiyaların keçirlməsinə rəvac verib”-deyə P.Hüseyn bildirib.
Yürüş mitinq keçmiş Əzizbəyov heykəlinin yanından Milli Məclisin önünə qədər keçirilməsi nəzərdə tutulur. Mitinqlə bağlı şəhər meriyasına müvafiq müraciət ediləcək.
Modern.az