
Bir qədər öncə Təhsil Nazirliyinin binası qarşısında dindarların etiraz aksiyası keçirib. Bu barədə Modern.az-a hadisə yerindəki əməkdaşımız məlumat verib. Aksiyanın səbəbi orta məktəblərdə hicabın qadağan edilməsidir. Dindarlarla polis arasında ciddi toqquşma baş verib. Polislər dindarları döydükləri üçün, dindarlar da bunun qarşılığını onları daşlamaqla veriblər.
Modern.az-ın əməkdaçının hadisə yerindən verdiyi məlumata görə, dindarlar “Hicaba azadlıq!” şüarı səsləndiriblər.
Polsilə güclü toqquşma olub. Polis aksiyaçıların qarşısını almaq üçün canlı baryer qurub. Hadisə yerinə 2-3 avtobus polis gəlib.
Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Aksiya iştirakçıları polisə ciddi müqavimət göstəriblər.
Aksiya nəticəsində bir neçə polis xəsarat alıb. Dindarlardan da yaralananlar var. Hadisə yerinə gələn Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun da xəsarət aldığı bildirilir.
Aksiya iştirakçılarından xeyli saxlanılanlar var.





Anar KƏLBIYEV