
AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın üzvü Kamran Ağayevlə bağlı "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciət edib.
AFFA-nın rəsmi saytında yer alan məlumata görə, R.Abdullayev M.Mənsimovdan xahiş edib ki, milli komandanın qapısı və "XL"-nin oyunçusu Kamran Ağayevin klub oyunlarında da meydana çıxmasına köməklik göstərilsin.
Azərbaycan milli komandasının və "Xəzər Lənkəran" FK-nın futbolçusu Kamran Ağayevlə bağlı AFFA-nın prezidenti Rövnəq Abdullayevin "Xəzər Lənkəran" klubunun fəxri prezidenti Mübariz Mənsimova müraciətinə münasibət bildirilib.
"Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov bu məsələ ilə bağlı açıqlama verib:
"AFFA prezidentinin müraciətinə cavabımız müsbət olacaq. Baş məşqçi Yunis Hüseynovun da qərarına əsasən, məsələ öz həllini tapacaq".
Modern.az