Modern.az

“İnternet bazarlığı”na hazırıqmı? - Tanınmışların RƏYLƏRİ

“İnternet bazarlığı”na hazırıqmı? - Tanınmışların RƏYLƏRİ

Ölkə

6 Oktyabr 2012, 13:42

Ölkəmizdə onlayn alış-veriş kövrək də olsa, ilk qədəmlərini atır

Son zamanlar Azərbaycanda geniş yayılmış çeşidli universal məhsulların internet yolu ilə satışı genişlənməkdədir. Onlayn alış-veriş kövrək də olsa, ilk qədəmlərini atır. Getdikcə ətrafımızda olanlardan, dostlardan “Avropadan, ABŞ-dan internetlə mal sifariş etdim” sözlərini eşitmək olur. İnternet  ticarətin ən böyük xüsusiyyəti qiymətli vaxtı mağazaları gəzməyə sərf etməkdənsə,  özünüzə sərf  etmək imkanı verir.   

Bəs görəsən internet  ticarəti ölkəmizdə etibar qazana bilrimi? Modern.az tanınmış insanlarla bununla bağlı sorğu aparıb.  

Yazar Günel Mövlud ümumiyətlə mağazaları gəzib  alış-veriş  etməyi  xoşlamır. “Odur ki, inrenetlə bazarlıq heç mənlik deyil”-deyə jurnalist-yazıçı bildirdi.

Muğənni Xatirə İslam isə əskinə internet vasitəsiylə alverlə məşğul olanlardandır.  “Xoşum gələn hər hansı bir mal olanda dərhal sifariş verirəm”-deyə Xatirə İslam onlayn ticarətin rahat və əlveriişli olduğunu vurğuladı.   

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də internet alış-verişindən kənarda qalmır. Baş redaktorun sözlərinə görə, internet üzərindən təyyarə səfəri üçün lazım olan yol vəsaitlərini və  müəyyən prosedurları həll edir. Onlayn ticarət xidmətindən istifadə edərkən  etibarlı mənbələrdən yararlanmaq  gərəkdiyinin vurgulayan Eçin Mirzəbəylinin sözlərinə görə,   öncə həmən strukturun mövcudluğundan əmin olmalısan.  
“Azərbaycanda bu struktur hələ də inkişaf etmədiyi üçün müəyyən problemlərlə qarşılaşmaq imkanları böyükdür”-deyə baş redaktor qeyd etdi. 

İqtisadçı Vüqar Bayramov dedi ki, internetdən  müəyyən işlərdə istifadə edir. “Xüsusilə ABŞ- da olarkən əksər alış-verişlərimi, o cümlədən biletlərin alınması,  yeməklərin sifariş verilməsində onlayn sistemindən istifadə etmişəm”.
Azərbaycanda isə  internet üzərindən ABŞ-dan  kitablar sifariş verdiyini deyən V.Bayramovun sözlərinə görə, onlayn yolu ilə  xaricə səfər zamanı  qalacağı oteləri sifariş verdiyini qeyd etdi.  
İqtisadçının fikirncə, Azərbaycanda hələ bu növ ticarət o qədər də inkişaf etməyib. Bir dəfə tanınmış mağazaların  birində kartla alış-veriş edərkən onun kartından ödəniş  40 manat olduğu halda, 2 dəfə çox pul çəkiblər. “Satıcılar sadəcə  plastik kartdan istifadəni bacarmırdılar”.  

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün fikrincə, ölkəmizdə onlayn alış-veriş geniş vüsət almayıb. “Lakın bu istiqamətdə işlər əvvəlki illərə nisbətən inkişaf edib. Son dövrlərdə onlayn ödəmə təklif  edən  saytlar və kredit kartı daşıyanların sayı artıb”-deyən Osman Gündüzün sözlərinə görə,  real ticarətlə məşğul olanlar artıq öz ticarətlərini virtual elektron müstəvisinə gətirməyə başlayıblar.  Ekspertin fikrincə, ölkəmizdə internet ticarətin geniş vüsət almamasının səbəbi insanların daha çox gözlə görüb əllə toxunduqları malları almağa üstünlük vermələridir.
“Lakin  bu münasibət zamanla dəyişəcək, insanlar vaxt  itkisinə və rahatlığa önəm verərək  evlərindən  ofislərindən çıxmadan  istedikləri  maları internet vasitəsiyylə əldə edəcəklər”.

Aynur

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı