Çörəyin qiyməti 40 qəpiyə kimi bahalaşıb. Modern.az-ın xəbərinə görə, dünən axşamdan Bakıdakı əksər mağazalarda çörəyin qiymətində bahalaşma müşahidə olunub. Paytaxt mağazalarında bir gün əvvəl 30 qəpiyə satılan çörəyin qiyməti 10 qəpik bahalaşıb. Belə ki, qiyməti 30 qəpiyə olan çörək ötən axşamdan 40 qəpiyə satılır.
Qeyd edək ki, çörək bazarı mütəmadi qaydada nəzarət edilən bazardır. İqtisadi İnkişaf Nazirliyi yanında müvafiq qurumlar vaxtaşırı olaraq çörəyin qiyməti ilə bağlı monitorinq keçirir.
Gültəkin Ələsgər