Modern.az

Mətin Mirzə: “Atam Mikayıl Mirzənin 65 illik tədbirinə hazırlıq işləri aparıram”

Mətin Mirzə: “Atam Mikayıl Mirzənin 65 illik tədbirinə hazırlıq işləri aparıram”

Ölkə

9 Oktyabr 2012, 11:52

Modern.az saytı  ictimai-siyasi, mədəniyyət, idman həyatında tanınmış olan, lakin uzun müddətdir diqqətdən kənarda qalan şəxslər barədə məlumatları mütəmadi olaraq oxuculara çatdırır.
Ötən dəfə “Görünməyənlər” rubrikasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin keçmiş əməkdaşı  Mətin Mirzə haqaında yazmışdıq. O zaman M.Mirzəinin özü ilə əlaqə saxlaya bilməmişdik.
Nəhayət onun özü Modern.az-la əlaqə saxlayaraq hazırki fəaliyyi barədə danışıb:

“Məni yada saldığınız üçün təşəkkür edirəm. Hərçənd ki unutqanlıq indi çoxlarına xas olan bir xüsusuiyyət olsa da, amma xeyirxah insanlar da az deyil. Mən 2008-ci ildə Azərbaycanın İndoneziyadakı səfirliyində müşavir təyin olunduqdan sonra, 2011-ci ildə görəvimi başa vurub Vətənə qayıtdım. Hazırrda Xarici İşlər Nazirliyinin müvafiq idarəsində müşavir qismində fəaliyyətimi davam etdirirəm. Vaxtaşırı dövri mətbuatda məqalələrim çıxır. İndoneziyada olduğum dövrdə də dövri mətbuatda dövlətçiliyimizlə bağlı, atam Mikayıl Mirzə haqqaında məqalələrim, hekayələrim çap olunub. Yəni həm diplomatiya, həm də ədəbiyyatla məşğulam. Hazırda paralel olaraq Mikayıl Mirzənin 65 illik tədbirinə hazırlıq işləri aparıram. Vətənimə, dövlətimə, Prezidentimə xidmət göstərirəm və var- qüvvəmi bu yolda əsirgəməyəcəyəm”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı