Modern.az

YAP-dan açıqlama: “Biz Gülər Əhmədovanı təhqir yox, tənqid etmişik”

YAP-dan açıqlama:  “Biz Gülər Əhmədovanı təhqir yox, tənqid etmişik”

Ölkə

11 Oktyabr 2012, 18:50

Hakim partiya Gülər Əhmədovanın şikayətinə münasibət bildirdi

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Mübariz Qurbanlı eks-deputat Gülər Əhmədovanın son günlər haqqında səsləndirilən tənqidi fikilərlə görə prezident İlham Əliyevə ünvanladığı müraciətlə bağlı Modern.az-a açıqlama verib. YAP rəsmisi Gülər Əhmədovanın dediklərini qəbul etməyərək ona qarşı hər hansı təhqidə yol verilmədiyini bildirib.

“Yeni Azərbaycan Partiyası üzvlərinin Gülər Əhmədova haqqında səsləndirdikləri fikirlərdə hər hansı təhqiramiz fikilər olmayıb. Sadəcə Gülər Əhmədovanın hərəkətinə və fəaliyyətinə qiymət verib tənqid ediblər. Tənqidlərdə deputatın satqınlığı ilə bağlı fikirlərə rat gəlməmişəm. Sadəcə YAP üzvləri onun haqda tənqidi fikirlərini bildiriblər”, -deyə M.Qurbanlı münasibət bildirib.

Qeyd edək ki, adı rüşvət qalmaqalında hallanan sabiq deputat Gülər Əhmədova Facebook sosial şəbəkəsindəki statusunda ölkə prezidentinə müraciət edərək hakim partiya üzvləri tərəfindən təhqir edildiyini bildirib. G.Əhmədova həmçinin onun YAP-dan çıxarılması ilə bağlı hədələndiyini vurğulayıb.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı