Modern.az

700 bal toplayan iki tələbə Azərbaycanı niyə tərk etdi?

700 bal toplayan iki tələbə Azərbaycanı niyə tərk etdi?

Ölkə

15 Oktyabr 2012, 15:09



Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq tələbə adını qazanmış 5 gənc Azərbaycandakı nüfuzlu universitetlərə daxil olmuşdu.

II ixtisas qrupu üzrə ən yüksək bal toplayan Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinə, Qazax rayon, Ürkməzli kənd sakini Orxan Səfərov isə Qafqaz Universitetinin Sənayenin təşkili və idarəetmə fakültəsinə daxil olub.
Həmin qrup üzrə maksimum nəticə qazanan Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızı da Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsinə qəbul olub.

IV qrup üzrə 700 bal toplayan Bakı Türk Liseyinin məzunları Kamil Sərdarlı və Kamran Həmidov isə Azərbaycan Tibb Universitetinin Müalicə işi  fakültəsinə daxil olmuşdular.
Lakin bu iki gənc sonradan fikirlərini dəyişərək Azərbaycan Tibb Universitetində oxumaq istəməyiblər, təhsillərini xaric ölkədə davam etdirmək qərarına gəliblər. Və Azərbaycanı tərk ediblər.

Modern.az saytına məlum olub ki, builki qəbul imtahanlarında 700 bal toplayan Kamil Sərdarlı və Kamran Həmidov hazırda təhsillərini Türkiyə universitetlərində davam etdirirlər.
Məlumatı Modern.az-a gənclərin məzun olduqları Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu da təsdiqləyib.

“700 bal toplayan abituriyent Kamil Hüseyn oğlu Sərdarlı  hazırda Ankaranın Hacettepe Universitetində tibb fakültəsi üzrə təhsil alır. Digər məzunumuz Kamran Elçin oğlu Həmidov isə Trabzonun Karadeniz Universitetində tibb üzrə oxuyur. Hər iki tələbə dövlət xətti ilə Türkiyəyə göndərilib, orada pulsuz təhsil alırlar, bütün məvaciblərini dövlət ödəyir. Əminəm ki, hər iki məzunumuz yüksək ixtisaslı kadr olandan sonra, öz vətənlərinə qayıdıb, işlərini burada davam etdirəcəklər”, – deyə müdir qeyd edib.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı