Modern.az

700 bal toplayanlar Modern.az-a danışdılar: “Təhsildə çətinliklərimiz var”

700 bal toplayanlar Modern.az-a danışdılar: “Təhsildə çətinliklərimiz var”

Ölkə

16 Oktyabr 2012, 09:21


Builki qəbul imtahanlarında 5 nəfər gənc 700 bal toplayaraq ən qabaqcıl universitetlərə qəbul oldular. Həmin abituriyentlər artıq bir aydır tələbə həyatını yaşayırlar.

Qabaqcıl tələbələrimiz bu həyatın çətin və maraqlı tərəflərini Modern.az-la bölüşüblər.

Hazırda Qafqaz Universitetinin sənaye mühəndisliyi ixtisasında təhsil alan Orxan Səfərov bildirib ki, oxuduğu universitetin təhsili onu qane edir:
“Bu ali məktəbin təhsili yaxşıdır. Əla da olmasa, normaldır. Azərbaycanda əla təhsildən danışmaq çətin məsələdir. Doğrudur ki, mən ən yüksək nəticəni əldə edib 700 bal topladım. Amma istədiyim rekordu hələ ki qoruyub saxlaya bilməmişəm, çünki istədiyim kimi dərslərimi oxuya bilmirəm, buna görə özümdən narazıyam. Amma daha çox çalışacağam ki, reytinqimi qoruyub saxlayım”.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinin 700 bal toplamış digər tələbəsi Xeyransa Əliyevanın isə aldığı təhsil tam ürəyincədir:
“Universitet, tələbəlik həyatı hamısı gözlədiyim kimidir. İstədiyim ixtisasa qəbul olmuşam, hüquqşünas olacağam. Buranın təhsilindən çox razıyam. Müəllimlər də məndən razıdırlar. Dərslərimi yaxşı oxuyub, yaxşı da cavab verirəm. Çalışıram ki, əldə etdiyim uğuru saxlaya bilim”.

Qafqaz Universitetinin Dünya iqtisadiyyatı fakültəsində  təhsil alan Nərgiz Məzahırqızı da oxuduğu universitetin təhsilindən çox razıdır: “Dərslərim hələ ki ağır keçir. Burda oxuyan uşaqlar hamısı bir il ingilis dili hazırlığı kursları keçib. Mən isə keçməmişəm, ona görə də dərslər bir az mənə ağır gəlir. Amma ümumilikdə, universitet məni çox qane edir və düşünürəm ki, bundan sonra uğurlarım daha çox olacaq”.

700 bal toplayan Kamil Sərdarlı və Kamran Həmidov ilə əlaqə saxlaya bilmədik. Çünki K. Sərdarlı  hazırda Ankaranın Hacetepe Universitetində tibb fakültəsi üzrə təhsil alır. Kamran Həmidov isə Trabzonun Karadeniz Universitetində tibb üzrə oxuyur.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı