Hazırda dünyanın müxtəlif ölkələrində ən ağır cinayət törətmiş şəxslərə ya ölüm hökmü, ya da ömürlük həbs cəzası tətbiq olunur. Ölüm hökmü cinayətkarlara verilən cəzaların ən ağırıdır. Lakin bu cəza bütün ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq olunmur.
Beynəlxalq təşkilatların keçirdikləri sorğuların nəticələrinə görə, dünyada ən ağır cinayət törətmiş şəxslərə ölüm hökmü çıxarılmasını istəyənlər də var, ömürlük həbs cəzası kəsilməsinə tərəfdar olanlar da. Amma ölüm hökmünün əleyhinə olanların göstəricisi daha yüksəkdir.
Ölüm hökmünün qalmasına tərəfdar olanların arqumentləri müxtəlifdir. Məsələn, onlar ən ağır cinayətlər sayılan vətənə xəyanətin, qəsdən adamöldürmənin ömürlük həbslə cəzalandırılması ilə razı deyillər. Bəziləri düşünür ki, ölüm hökmünün ləğvi ağır cinayətlərin artmasına səbəb olub.
Ö
lüm hökmünün əleyhinə olanların da öz arqumentləri var. Onlar hansısa təsir altında ağır cinayətlər törətmiş insanlarla qəddar davranmanı müasir dövrün qayda-qanunlarına zidd hesab edirlər. Məsələn, təsəvvür edin ki, azyaşlı qızı zorlanmış ata belə alçaq hərəkətə yol vermiş cinayətkarı və onun ailəsini məhv edib. Bu halda həmin atanı ölümə məhkum etmək olarmı? Amma o da doğrudur ki, bütün ağır cinayətlər belə təsirlər altında baş vermir.
Beynəlxalq təşkilatlar ölüm hökmünə qarşıdır
Dünya ölkələrinin yarısından çoxu ölüm hökmünü ya qanunla ləğv edib, ya da təcrübədə onu tətbiq etmir. Bu gün 90-a yaxın ölkədə heç bir cinayətə görə ölüm hökmü verilmir. 10 ölkədə isə yalnız hərbi cinayətlərə görə ölüm cəzası verilir, daha 30 dövlətin qanunvericiliyində ölüm hökmü olsa da, praktikada onu tətbiq etmirlər. Beləliklə, təxminən 130-a yaxın ölkə ya ölüm hökmünü tamamilə ləğv edib, ya da onu təcrübədə tətbiq etmir.
Hazırda cəmi 68 dövlətdə ölüm hökmü qüvvədədir. Həmin ölkələrdə hətta 18 yaşına çatmayanlara belə cəza kəsilir.
Beynəlxalq təşkilatlar isə hazırda bütün ölkələrdə ölüm cəzasınnın ləğvi istiqamətində fəal iş aparır.
1990-cu ildən bəri 40-dan çox ölkədə ölüm hökmü tamamilə ləğv edilib. Bura bəzi Afrika ölkələri (Liberiya və Kot-d-İvuar), Amerika ölkələri (Kanada, Meksika, Paraqvay), Asiya ölkələri və Sakit okean regionları (Butan, Samoa, Filippin) eləcə də Avropa və Mərkəzi Asiya dövlətləri (Azərbaycan, Türkiyə, Gürcüstan, Bosniya-Hersoqovina, Kipr, Serbiya, Ermənistan, Türkmənistan, Çernoqoriya, Polşa, Ukrayna) daxildir.
İndiyədək ölüm hökmünü ləğv edən dörd ölkədən başqa digərlərində bu qayda bərpa olunmayıb. Yaplız Nepal və Filippində edəmetmə cəzası bərpa olunsa da, sonradan yenidən ləğv edilib. Afrikanın Qambiya və Yeni Qvineya ölkələrində isə bu cəza bərpa edilərək qüvvədə saxlanılıb.
18 yaşına çatmayan şəxslərə ölüm hökmü
İnsan haqları sahəsində imzalanan beynəlxalq müqavilələr cinayət törədən 18 yaşına çatmayan şəxslərə ölüm hökmü tətbiq edilməsini yasaqlayıb. Bu gün dünyanın 110-dan çöx ölkəsində bu qaydada əməl edilir. Ancaq az sayda ölkədə yetkinlik yaşına çatmayan cinayətkarlara da ölüm hökmü çıxarılır. Bu sırada ABŞ və İran öndə gedir. Bəzi beynəlxalq ekspertlərin fikrincə, ölüm hökmü cəzanın digər növlərinə nisbətən cinayətkarlığın səviyyəsini azaldan daha effektli vasitədir. Onlar ən ağır cinayətlərə görə, ömürlük azadlıqdan məhrumetməni yüngül cəza hesab edirlər. Lakin bunun əksini düşünənlər da az deyil. Əksər ekspertlər edam üsulunun ləğvinin cinayətkarlığın səviyyəsinin artmasına dair deyilənlərlə razılaşmırlar.
Dar ağacı, elektrik stulu, ölüm iynəsi
Ağır cinayətlərə görə edam etmənin ən çox tətbiq olunduğu ölkələr ABŞ, İran, Çin, Əfqanıstan, Səudiyyə Ərəbistanı sayılır. Beynəlxalq Amnistiya Təşkilatıın məlumatlarına görə, təkcə Çində il ərzində 2000-dən çox adama ölüm cəzası verilir. İl ərzində İranda 100-dən çox, ABŞ-da 70-ə yaxın, Vyetnamda isə təxminən 60 şəxs edam edilir.
Ölüm hökmünün qüvvədə olduğu ölkələrdə müxtəlif edametmə növləri icra edilir. Məsələn, Səudiyyə Ərəbistanında ən ağır cinayət törədənlərin başı vurulur, ABŞ-ın bəzi şatatlarında elektrik stulunda toka verilir, İran və İraqda dar ağacından asılır, Çində ölüm iynələrindən istifadə olunur, Vyetnamda güllələnir, Əfqanıstanda daş-qalaq edilir.
Azərbaycanda güllələnmə
Keçmiş SSRİ dövründə Azərbaycanda ölüm hökmü cəzası alan cinyətkarlar güllələnirdilər. Azərbaycanda barəsində ölüm hökmü çıxarılan cinayətkarlar Bayıl təcridxanasının 5-ci korpusunda güllələnirdilər. 1923-93-cu illər ərzində yüzlərlə Azərbaycan vətəndasının yolu «ölüm kamerası»ndan keçib. Orada sonuncu güllə səsləri 1993-cu ilin fevralında eşidilib.
O zaman qüvvədə olan təlimata əsasən, Bayıl həbsxanasına gətirilən güllələnəcək cinayətkarlara öncə əfv edilmələri barədə muraciət yazmaq təklif olunurdu. Əgər məhbus özünü müqəssir saymırdısa, o zaman akt tərtib olunmalı, əfvlə bağlı ərizə yazılmalı və Respublika Prokurorluğuna göndərilməli idi. Prokurorluq da oz növbəsində həmin müraciəti əvvəlcə respublikanın Ali Sovetinə, sonra isə SSRİ Ali Sovetinə göndərməli idi. Müraciətə baxılana qədər məhbus «Bayıl»dakı 5-ci korpusda qalmalı idi. Bütün SSRİ məkanında barələrində ölüm hökmü çıxarılan məhkumlar adətən təkadamlıq kameralarda saxlanılırdılar. Onlara yaxınları ilə görüşə, habelə gəzintiyə çıxarılmırdılar. Yalnız sutkada bir dəfə ayaqyoluna aparıla bilərdilər.
Hökmü icra edənlərə 50 qram spirt verilirmiş
Bayıl həbsxanasında ölüm hökmünün icrası 3-6 ay, hətta 1 ilədək uzana bilərdi. DİN-dən Bayıl həbsxanasının rəisinə içərisində SSRİ Ali Sovetinin qərarı olan xüsusi qovluq gondilirdi. Həmin qovluqdakı cavaba uyğun olaraq ölüm hökmü ya 15 illik həbs cəzası ilə əvəz edilir, ya da ki, hökm yerinə yetirilirdi.
Əfv ərizəsi yazmayanların gülələlənməsi isə daha qısa müddətdə icra olunurdu. Qeyd etdiyimiz kimi, tükürpədici hökmlər yarımzirzəmi «ölüm kamerası»nda həyata keçirilirdi. Güllələnmə prosesində dörd nəfər-həbsxana rəisi, nəzarət uzrə prokuror, tibbi ekspertizanın rəhbəri və ucot isləri ilə məşğul olan nümayəndə istirak etməli idi. Güllələnmədə «Naqan» tipli silahdan istifadə olunurdu. Qaydaya görə atəş məhbusun başının sol qulaq tərəfdən arxasına açılmalı idi. Bu, başın elə bir nöqtəsi sayılırdı ki, oraya açılan birinci atəş məhkumu öldürməli idi. Prosesdə iştirak edənlərə psixoloji təsirdən xilas olmaları üçün 50 qram spirt icməyə icazə verilirdi. Bu vaxta qədər Bayıl həbsxanasında nə qədər insanın güllənləndiyi sirr olaraq qalır.
Digər keçmiş SSRİ respublikalarında olduğu kimi Azərbaycanda da güllələnlərin cəsədləri yaxınlarına verilməyib və onlar naməlum qəbiristanlıqda ad və soyadları göstərilmədən basdırılıb.
Güllələnmənin ləğvi
1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.
Adəm Qorxmaz