Modern.az

Səfər Əbiyev Mərkəzi Hərbi Klinik Hospitalın rəisini işdən çıxarıb

Səfər Əbiyev Mərkəzi Hərbi Klinik Hospitalın rəisini işdən çıxarıb

Ölkə

29 Oktyabr 2012, 12:04

Azərbaycan Silahlı Qüvvələri Mərkəzi Hərbi Klinik Hospitalının bir neçə işçisi işdən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, hospitalın rəisi, tibb xidməti polkovniki Asif Qurbanov və hospitalın daha bir neçə əməkdaşı tutduqları vəzifədən uzaqlaşdırılıblar. Asif Qurbanov sərəncama göndərilib.

Hazırda hospitalın rəisi vəzifəsini polkovnik Şahlar Quliyev icra edir. 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı