Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın satışa çıxarılması haqda məlumatlar yayılıb. Bildirilir ki, hakimiyyətə yaxın dairələrdə böyük qalmaqala səbəb olan partiya qərargahı türk birjalarında satışa çıxarılıb.
Açıq Cəmiyət Partiyasının sədri Sülhəddin Əkbər isə rəhbərlik etdiyi qurumun qərargahının satışa çıxarılması haqda məlumatsız olduğunu bildirib. Partiya sədri bununla bağlı onlara hər hansı xəbərdarlıq edilmədiyini deyərək, məsələdən xəbərsiz olduğunu vurğulayıb.
“Mənim bu haqda heç bir məlumatım yoxdur. Yəqin ki, elə bir şey olsaydı əvvəlcədən bizə xəbərdarlıq edilərdi. Başqa heç bir xəbərim yoxdur”,- deyə S.Əkbər Modern.az saytına bildirib.
Yayılan məlumatlara görə, ACP ayda 7 min dollar kirayə haqqı ödəyir...
Anar RÜSTƏMOV