
Lerik Rayon İcra Hakimiyyəti tərəfindən Lerik şəhərindəki “Nur” şadlıq sarayında Qarabağ döyüşlərində şəhid olan Camal Xanış oğlu Şahıyevin övladı Qorxmaz Şahıyevin (mərhum çoban Xanışın nəvəsi) toy-ziyafət mərasimi təşkil edilib. Modern.az xəbər verir ki, mərasimdə icra başçısı Rövşən Bağırov, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər, gənclərə xeyir-dua veriblər. Ailə quran gənclərə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İqbal Məmmədovun adından gənclərə məişət əşyaları hədiyyə edilib.
